“Ermənilər faşist mahiyyətlərindən əl çəkmirlər”
Fidan Həmişəyeva
15:56 24.07.2020
Siyasət
858
“Onlar həmişə zərbəni arxadan vurublar, kiminsə əli ilə qətliam törədiblər”
“Beynəlxalq hüquq-müdafiə təşkilatları Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək barədə düşünməlidirlər”
“Tovuz istiqamətində gedən döyüşlərdən sonra faşist ideologiyasının quluna çevrilən ermənilər dünyanın bir sıra ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı terrror xarakterli hücumlara cəhd etdilər. Düşmən bununla öz acizliklərini nümayiş etdirmiş oldu”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Anar Məmmədov deyib.
Deputat bildirib ki, faşizmin əsarətinə düşən erməni xalqına özünü "qalib” kimi sırıyan Ermənistan rəhbərliyi bu gün acınacaqlı vəziyyətdədir:
“Bu məğlub "qaliblər” dünyada pandemiyadan ən çox zərər çəkmiş ölkələrdəndir. Bacarmırlar, döymədikləri qapı, əl açmadıqları ünvan qalmayıb. Amma yenə də ksenofob, irqçi və faşist mahiyyətlərini də açıq nümayiş etdirməkdən çəkinmirlər. Ermənilər həmişə zərbəni arxadan vurublar, kiminsə əli ilə qətliam törədiblər.
Erməni diasporu son günlərdə sərhəddə gedən döyüşlərdəki məğlubiyyətin acısını, həmvətənlərimizin erməni faşizminə qarşı etiraza qalxmasını İrəvandan aldığı tapşırıqlar əsasında dinc azərbaycanlılara qarşı hücumlara keçməklə unutmaq niyyətinə düşüb. Belə olan halda isə buna barbarlıqdan başqa ad vermək olmaz.
Mənfur düşmən öz diasporu vasitəsi ilə dünya azərbaycanlılarının həmrəyliyinə kölgə salmaq üçün Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə qarşı təxribatçı əməllər törədərək, aksiya iştirakçılarına fiziki güc tətbiq edib. Onlara xəsarətlər yetirib, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqlarını kobud şəkildə pozublar”.
Parlament üzvü bildirib ki, erməni faşistləri bir neçə gün əvvəl Tovuz rayonunda mövqelərimizə hücuma keçdikdən sonra törətdikləri təxribatı həmişəki arsızlıqla Azərbaycan tərəfinin üzərinə atmağa cəhd etdilər:
“Lakin layiqli cavablarını da aldılar. Eyni zamanda ölkəmizdə insanlar erməni faşizminə etiraza qalxdı, ölüm-dirim savaşına hazır olduğunu bildirdi. Dünya birliyi anlamalıdır ki, faşizmə göz yummaqla onu dəstəkləmək arasında elə də böyük fərq yoxdur. Faşizm isə ən qorxulu virusdan daha sürətlə yayılmaq gücünə malikdir.
25 ildən çoxdur davam edən, beynəlxalq və regional sülhə, təhlükəsizliyə ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulmasının ən canlı nümunəsidir.
Bu gün dünya ictimaiyyəti insan hüquqlarını ali dəyər kimi qəbul etdiyi halda, beynəlxalq hüquq normalarına arxa çevirən Ermənistan demokratik inkişafı sarsıdır, insan hüquq və azadlıqlarını kobud şəkildə pozur.
Odur ki, insanların hüquqlarının kütləvi şəkildə pozulmasına qarşı hər zaman həssaslıq nümayiş etdirən beynəlxalq qurumlar, beynəlxalq hüquq-müdafiə təşkilatları Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək barədə düşünməli, qəbul etdiyi qətnamələrə hörmətlə yanaşmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi