Ermənilərin paytaxt köçürmə xülyası ! - “Paşinyan “Qarabağ kartı”ndan istifadə edir”
Şəymən Bayramova
10:47 18.08.2020
Siyasət
964
“Bu gün daxili rəydə Paşinyanın reytinqi sürətlə aşağı enir”
“Çünki o, iqtisadi rifahın yüksəldilməsi ilə bağlı verdiyi vədləri yerinə yetirə bilmədi. Pandemiya ilə də bağlı vəziyyət də çox pisdir”
"Baş nazir Qarabağ münaqişəsi ilə bağlı qıcıq doğuran açıqlamalar verib, absurd fikirlər səsləndirməklə öz reytinqini saxlamaq istəyir”
Ermənistan KİV-lərində bu ölkənin işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin qondarma “strukturlarının” Xankəndindən Şuşaya köçürüləcəyi haqqında məlumat yayılıb.
Bu xəbər Azərbaycan ictimaiyyətində geniş narazılığa səbəb olub. Yerli politoloqların fikrincə bu hal beynəlxalq ictimaiyyət tərəfindən kəskin surətdə qınanmalıdır. Mütəmadi xarakter almış belə addımların münaqişənin tənzimlənməsinə mane olmaqdan başqa heç nəyə xidmət etmədiyini də xüsusi qeyd olunub.
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri , politoloq Əhəd Məmmədlinin "Sherg.az"a açıqlamasına görə, Azərbaycan bu vaxta qədər beynəlxalq hüquq normalarına uyğun olaraq prosesə sərt müdaxilə etməli və işğal altında olan torpaqlarımızda antiterror əməliyyatları həyata keçirməklə ərazi bütövlüyünü bərpa etməli idi:
"Aydın məsələdir, rəsmi Bakının hələ də gözləmə mövqeyində dayanmasının obyektiv və subyektiv səbəbləri var. Və biz bu məsləyə dəfələrlə toxunmuşuq. Ermənilərin vaxtaşırı paytaxtın Xankəndindən Şuşaya köçürülməsi məsələsini qabartmasına gəldikdə isə Paşinyan bu yolla öz hakimiyyətini sığortalayır.
Bilirsiniz ki, o baş nazir olanda erməni xalqına böyük vədlər verdi, Onları Ermənistanın az qala Cənubi Qafqazın Sinqapuruna çevriləcəyi xülyasına inandırdı. Amma bu gün daxili rəydə Paşinyanın reytinqi sürətlə aşağı enir.
Çünki o, iqtisadi rifahın yüksəldilməsi ilə bağlı verdiyi vədləri yerinə yetirə bilmədi. Pandemiya ilə də bağlı vəziyyət də çox pisdir. Və bu problemlərin öhdəsindən gələ bilməyən Paşinyan Qarabağ münaqişəsi ilə bağlı qıcıq doğuran açıqlamalar verib, absurd fikirlər səsləndirməklə öz reytinqini saxlamaq istəyir. Biz sözlə, baş nazir “Qarabağ kartı”ndan sağına-soluna istifadə edir.
Amma onun öz hakimiyyətini qoruması üçün bu deyilənləri reallaşdırması da istisna deyil. Biz susqun qalıb, problemin sülh yolu ilə həllinə arxayın olub, Minsk qrupuna ümid bəslədiyimiz müddətdə ermənilərin paytaxtı Xankəndindən Şuşaya köçürməsinə də şahidlik edəcəyik.
Necə ki, Xankəndində hava limanı tikib, Şuşada "andiçmə mərasimi"ni keçirdilər. Artıq Azərbaycan müdafiə mövqeyindən hücum taktikasına keçməli və işğalçı dövlətin qoşunlarını torpaqlarımızdan rədd etməlidir. Əks halda hələ onlar əsəblərimizlə çox oynayacaqlar".
Oxşar xəbərlər
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib - YENİLƏNİB
18:50 08.10.2026
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransın yekun bəyannaməsi qəbul edilib
17:54 08.10.2026
Xəbər lenti
Hamısına bax
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət