“Ermənistan BMT TŞ-nin qətnamələrinə məhəl qoymur”
Fidan Həmişəyeva
08:39 23.09.2020
Siyasət
869
“Paşinyanın “yeniliklər”i regionda hərbi-siyasi gərginliyin daha da artmasına xidmət edir”
Prezident İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında çıxış edib. Ölkə başçısı nitq zamanı mühüm məqamlara toxunub.
Prezident çıxışında konkret olaraq söyləyib ki, bir şərtimiz var. Bu şərt də torpaqlarımızın birmənalı olaraq geri qaytarılmasıdır:
“Ermənistan qəsdən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini hədəf alır və təxribatlar törədir. Ermənistanın baş naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur”.
Ölkə başçısı bildirib ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir:
“Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib”.
Millət vəkili Soltan Məmmədov“Sherg.az”a bildirib ki, cənab Prezident BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı nitqində əsas diqqəti Dağlıq Qarabağ probleminə yönəltdi. Deputatın sözlərinə görə, münaqişənin həlli üçün ölkəmizin möhkəm hüquqi bazası mövcuddur:
“BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxması öz əksini tapıb.
Prezidentin münaqişənin həlli ilə bağlı dəyişməz mövqeyi bəllidir: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz. Yəni Dağlıq Qarabağ problemi beynəlxalq hüquq normaları əsasında ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.
Ermənistanın öz öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq etdiyini vurğulayan parlamentari təəssüflə bildirib ki, Ermənistan hələ də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir:
“İşğalçı Ermənistanda yeni hakimiyyətin münaqişənin həllinə gətirdiyi “yeniliklər” regionda hərbi siyasi gərginliyin daha da artmasına xidmət edir. Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” tipli aqressiv və təxribatçı bəyanatları danışıqlar prosesinə ciddi zərbədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat