Ermənistan: Dram dəyərdən düşür, milyonçular soyulur, ölkə borclanır – ŞƏRH
Turan
11:32 14.04.2020
Siyasət
712
Ermənistan Baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının rəhbərlərinin iclasını çağırıb. “Past” qəzetinin məlumatına görə, görüşdə Paşinyan hüquq-mühafizə orqanları rəhbərlərindən pul gətirən bütün cinayət işlərinin yenidən açılmasını tələb edib. Paşinyan koronavirusun ciddi böhran yaratdığı üçün büdcəni müxtəlif vasitələrlə pulla təmin etməyə çağırıb.
Düşmən ölkənin düşdüyü böhranlı vəziyyəti “Sherg.az” şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib ki, Ermənistanda iqtisadi vəziyyət onsuz da ağır idi. Analitikin sözlərinə görə, işğalçı ölkədə dramın kursu xeyli müddət sabit qaldığı üçün İrəvan hökuməti bununla Dünya Bankını, Beynəlxalq Valyuta Fondunu aldada bilirdi:
“Hətta erməni rəhbərlər bunu özləri üçün “qürur mənbəyi” hesab edirdilər. İddia edirdilər ki, guya erməni bankirlər, bank mütəxəssisləri o qədər güclü və ağıllıdır ki, məhz o səbəbdən dram sabit qalır. Amma son proseslərdən, xüsusən koronavirus pandemiyasından sonra ermənilərin valyutası psixoloji həddi dərhal aşdı və dəyərdən düşdü. Əvvəllər bir dollar 470-480 dram idisə, indi 500-ü ötüb. Ermənilər həmişə gözlədikləri psixoloji baryeri saxlaya bilmədilər. Ermənistan Dünya Bankına 228 milyon dollar kredit almaq üçün müraciət edib ki, büdcəni sabitləşdirsin. Dünya Bankı da yardım edəcəyinə söz verib. Ermənistanda iqtisadi vəziyyət çox ağırdır. Lakin Paşinyanın hüquq-mühafizə orqanları ilə görüşdə irəli sürdüyü tələblərin kökü daha əvvələ gedib çıxır. Məsələ sadəcə koronavirusla bağlı deyil. Köhnə cinayət işlərinin məqsədli açılması, milyonçuların soyulması, pullarının zorla əllərindən alınması pandemiyadan qabaq düşmən ölkədə var idi”.
Siyasi şərhçi bildirib ki, Ermənistan qanunverciliyində dəyişiklik edilib və Paşinyan məhkəmə sistemində özünə sərf edən istiqamətdə islahatlar aparıb:
“Məhkəmələr ancaq baş nazirin dediyi kimi hərəkət edir. Onun istəyi ilə qəbul olunan qərarlardan biri məhkəməyə qədərki müsadirədir. Polis orqanı hansısa milyonçunun mal-mülkünü üzə çıxarırsa, məhkəmə qərarı olmadan prokurorluğun ixtiyarı var ki, o adamın var-dövlətini dövlətin hesabına keçirsin. Əslində bu praktika sözügedən qanundan öncə də var idi. Paşinyan erməni varlılardan topladığı pulların hesabına Rusiyadan “Su 30sm” qırıcı təyyarələrini aldı. Aldığı 3 təyyarədən ikisinin pulunu Serj Sarkisyanın qardaşı verib, daha doğrusu vermək məcburiyyətində qalıb. Dörd təyyarədən cəmi biri ölkənin büdcəsi hesabına əldə edilib. Əlbəttə, burada Sarkisyanın qardaşını təmizə çıxartmaq fikrim yoxdur. Sarkiyanın qardaşı ondan daha böyük quldurdu. Söhbət tətbiq olunan mexanizmdən gedir. Paşinyan bu cür işlərlə məşğuldur. Rusiya Ermənistandan bu qaydada pul qəbul etməməli idi”.
Politoloqa görə, baş nazirin bu addımları erməni cəmiyyətində narahatlıq dalğası yaradacaq:
“Hökumət daha da gözdən düşəcək. Hazırda bütün beynəlxalq insan haqqları üzrə mütəxəssislər Paşinyanın hərəkətlərindən narazıdır. Avropada sadəcə bir dəstə adam erməni baş naziri kor-koranə “demokrat” kimi tanıyır. Əgər Paşinyan bugün qəbul etsə ki, demokratiya faşist nəzəriyyəsidir, Avropada buna dəstək verəcək adamlar var. Ancaq heç şübhəsiz, gec-tez erməni xalqı Paşinyanın hərəkətlərinə öz reaksiyasını verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya