Ermənistan ilə Faşist Almaniyasının oxşarlıqları nədir? - VİDEO
08:25 03.08.2020
Siyasət
838
İşğalçı, təcavüzkar, daim terroru, şovinizmi və faşizmi müdafiə edən Ermənistan növbəti çirkin, qandonduran əmələ əl atıb. 2005-2008-ci illərdə Ermənistanın Milli Kino Mərkəzi tərəfindən hazırlanmış “Evə gedən yol” cizgi filmi Ermənistanın dövlət televiziya kanalında göstərilməkdədir.
Filmdə 2050-ci ildə Ermənistan ərazisinin Gürcüstan, İran, Türkiyə və Azərbaycan torpaqları hesabına necə genişləndiyindən və bir qrup məktəblinin “düşməndən azad olunmuş” həmin ərazilərə səyahətindən bəhs edilir.
Bu film vasitəsilə həm Ermənistan daxilində, həm erməni diasporunda ermənilərə uşaqlıqdan qonşu xalqlar qarşı nifrət və işğalçı ruhunda böyüdürlər. Uşaqlara “Böyük Ermənistan” xülyası təlqin edilir.
23 iyul 2011-ci ildə Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan tələbələrlə görüşü zamanı tələbələrdən birinin Türkiyənin ərazilərini nəzərdə tutaraq "Qərbdəki torpaqlar bizə geri dönəcəkmi?"- sualına cavab olaraq Sarkisyan deyib: - "Bu sizdən və sizin nəsildən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni yerinə yetirdi. Qarabağı düşməndən aldıq. Hər nəslin özünün yerinə yetirilməli olduğu öhdəlikləri var". Bununla, Sarkisyan Gürcüstanın, Türkiyənin və Azərbaycanın digər ərazilərinin işğal edilməsi öhdəliyinin gənc nəslin üzərinə düşdüyünü bildirir.
Hitler də “Böyük Alman Reyxi” yaratmaq istəyirdi.
İrqçilik Ermənistanın 2-ci prezidenti Robert Koçaryan Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında 16 yanvar 2003-cü il tarixində etdiyi çıxışında “ermənilərlə azərbaycanlıların genetic baxımdan uyğunsuz” olduğunu bildirmişdi. Koçaryan belə bir çıxış etdiyini Avropa Şurasının Parlament Assambleyasında da təsdiq edib. Koçaryanın ixtisasca həkim olan arvadı Bella Koçaryan Ermənistanda Qan köçürülməsi mərkəzinin açılışında deyib: "Ermənilərə yalnız erməni qanı vurulmalıdır. Erməni qanı spesifik genetik struktura malikdir.” Mərkəzin rəhbəri də ermənilərin adətən xaricilərlə ailə qurmadığına görə erməni qanının təmiz qaldığını bildirib.
Bu yanaşma bizə faşist Almaniyasında “Qan və Torpaq” (Blut und Boden) şüarını xatırladır. Qan “təmiz Ariya irqi”nə istinad edir. Bu düşüncə Faşist Almaniyasındakı Nüremberq qanunları ilə eynidir. Bu qanunlar almanların “təmizliyini” qorumaq üçün “ari irqinə” məxsus olmayan şəxslərlə evlənmələrinin qadağan edirdi. Ermənistanın faşist siyasəti nəticəsində azərbaycanlı, kürd və digər millətlər qovulub.
Ümumiyyətlə, Ermənistan hazırda mono-etnik ölkədir. 1992-ci il fevralın 26-da Xocalı soyqırımında iştirak etmiş Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas De Vaala verdiyi müsahibəsində fəxrlə bildirib: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik”. Öldürülənlər arasında 63 uşaq, 106 qadın, 70 qoca olduğunu nəzərə alsaq, bunu fəxrlə yalnız faşist təfəkkürlü insan deyə bilərdi.
Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan da Erməni diasporu ilə görüşdə ermənilərin Allah tərəfindən seçilmiş bir "millət" olduğunu iddia edib. Hitler Almaniyasında da almanların seçilmiş Ari irqə məxsus olduqları barədə təbliğat aparılırdı. Bütün bunların məntiqi ardıcıllığı olaraq, indi Ermənistanda faşist Almaniyasına xidmət etmiş generallar Drastamat Kanayan (Dro) və Qaregin Njde təbliğ olunur. Onların irqçiliyi və antisemitizmi təbliğ edən əsərləri nəşr edilir, onlara abidələr qurulur. Şərəflərinə sikkələr çıxarılır, mahnılar qoşulur, filmlər çəkilir, medallar təsis olunur. Məhz buna görə, Ermənistan Avropada yəhudilərə ən çox düşmən münasibət bəsləyən 2-ci dövlətdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi