Ermənistan İranın səfirindən niyə narazıdır? – AKTUAL ŞƏRH
Fidan Həmişəyeva
15:00 09.07.2020
Siyasət
831
Ermənistan İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin “İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib” açıqlamasından narahatdır. Ermənistanın İctimai Televiziyası İranın Ermənistandakı səfiri Abbas Bədaxşandan müsahibə götürüb. Erməni jurnalist iranlı diplomata belə bir sual verib: “İranın Azərbaycandakı səfirinin Tehranın siyasəti ilə üst-üstə düşməyən açıqlamalarını necə qiymətləndirrisiniz?”
Bu suala cavabında İranın Ermənistandakı səfiri konkret həmkarının adını çəkməsə də, deyib ki, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində balanslaşdırılmış mövqeyi dəyişməyib. Səfir bu sözlərinə belə bir cümləni də əlavə edib: “Fərqli fikir söyləyənlər varsa, onların mövqeyi İran hökumətinin baxışını əks etdirmir, rəsmi mövqe İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi vasitəsilə təqdim edilir, onun açıqlamalarında isə fərqli heç nə yoxdur”.
İranın Ermənistandakı səfiri bu açıqlamalarla nə demək istəyir?
Sualımızı cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında bildirib ki, Tehran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağı da Azərbaycanın bir parçası sayır. Bunu həm İran rəsmiləri, həm də qonşu ölkənin ali dini lideri bildirir. Analitik vurğulayıb ki, əslində İranın Ermənistandakı səfiri İrəvanda Tehranın mövqeyini təhrif edir. Doğru olanı isə məhz İranın Azərbaycandakı səfiri deyir:
“İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini bildirib. “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmalıdır” - bu iranlı diplomatın hər dəfə təkrarladığı cümlədir.
Bundan başqa C.Cahangirzadə hər il iyun ayında qeyd edilən “Qüds günü” münasibətilə bu fikri də səsləndirir: “İran Azərbaycan və Fələstin torpaqlarının işğaldan azad olunmasını istəyir”.
C.Cahangirzadə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevlə görüşündə Ermənistan tərəfindən işğal edilmiş torpaqların sülh yolu ilə geri qaytarılmasının, regionda stabilliyi qoruyub saxlamağ üçün ən yaxşı yol olduğunu bildirib”.
Politoloq qeyd edib ki, səfirin açıqlamaları və onun Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri ilə görüşü Ermənistan hakimiyyətinin və separatçıların xoşuna gəlmir:
“Ancaq Cavad Cahangirzadədən əvvəl İranın Azərbaycandakı səfirləri də eyni sözləri deyiblər. İranın Azərbaycanda Cavad Cahangirzadədən əvvəlki səfiri Möhsün Pak Ayin də deyirdi ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməlidir.
İranın Azərbaycandakı səfiri Bakıda fərqli açıqlama verə bilməz. O başqa məsələ ki, İranın Ermənistandakı səfirləri “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir” fikrini səsləndirməkdən çəkinirlər.
C.Cahangirzadənin Azərbaycanda fəaliyyət müddəti başa çatmaq üzrədir. Tehran onun yerinə yaxın müddətdə Bakıya başqa diplomatını səfir göndərəcək. Gələn səfir də Dağlıq Qarabağla bağlı fərqli bir açıqlama verməyəcək. Ermənistandakılar şükür etsinlər ki, İranda yaşayan on milyonlarla azərbaycanlı bir ağızdan “Ermənistan işğal altındakı torpaqları boşaltmalıdır” tələbini səsləndirmirlər.
Ancaq həmin gün də uzaqda deyil. Həmin gün yetişəndə “balanslaşdırılmış yanaşmadan” danışan İranın Ermənistandakı səfirləri belə İrəvanın imdadına çata bilməyəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat