Poqosyan Təl-Əviv hökumətinə qarşı əsassız ittihamlar səsləndirib. Vurğulayıb ki, İsrail 1933-cü il Almaniyası ilə bərabərdir: “Heç kəsi bağışlamayacağıq və zaman gələcək sizdən qisasımızı alacağıq, bilin”. Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da İsrailin ünvanına ittihamlar səsləndirmişdi.
Ermənistan İsrailə dərs keçmək istəyir
Turan
11:33 07.11.2020
Siyasət
696
Zaur Məmmədov: "İsraili “soyqırımda”, “terrorçuluqda” ittiham etmək sərsəmlikdir"
Erməni ordusunun cəbhədəki ağır məğlubiyyəti Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin əsəblərini tarıma çəkib. Yerevan başını o qədər itirib ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müşaviri Vladimir Poqosyan açıq şəkildə İsraili hədələyib. Onun sözlərinə görə, Ermənistanda siyasətçilər Avropa və İsrailin hansı fikirdə olduğunu anlamağa başlayıblar.
Poqosyan Təl-Əviv hökumətinə qarşı əsassız ittihamlar səsləndirib. Vurğulayıb ki, İsrail 1933-cü il Almaniyası ilə bərabərdir: “Heç kəsi bağışlamayacağıq və zaman gələcək sizdən qisasımızı alacağıq, bilin”. Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da İsrailin ünvanına ittihamlar səsləndirmişdi.
Erməni nazir “Jerusalem Post” qəzetinə müsahibəsində İsraili Azərbaycana silah satmaqla erməni soyqırımında iştirak etməkdə suçlamış, İsrailin təklif etdiyi humanitar yardımı “Azərbaycan tərəfində döyüşən muzdlulara” göndərməyi tövsiyə etmişdi. Lakin Paşinyan müsahibədən az sonra səhvini anlayaraq, dərhal üzrxahlıq edib.
İsrailli tanınmış diplomat və analitik, ölkənin Rusiyada və Ukraynadakı keçmiş səfiri Zvi Magen Ermənistanın antisemitizm xüsusiyyətinə malik olduğunu deyib. Onun sözlərinə görə, ermənilərdən tez-tez yəhudi və İsrail əleyhinə ritorikalar eşidilir. Halbuki, hazırda Ermənistanın daha ciddi problemləri var: “Bu ittihamlar müharibənin nəticəsini dəyişməyəcək. Ancaq Ermənistanda kimsə məhz belə düşünür”. Diplomat vurğulayıb ki, İsrail ilk dəfə deyil ki, belə bir şeylə qarşılaşır və bununla başa çıxa bilər: “Bunun Ermənistan tərəfindən böyük bir səhv olduğuna inanıram. İndi isə praktik olaraq antisemitizmlə qarşılaşırıq.
Ermənilərin İsraili hədəf almasını “Şərq”ə dəyərləndirən Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, Ermənstan rəsmiləri bütün çılpaqlığı ilə özlərini biabır edir. Analitikin sözlərinə görə, işğalçı ölkə əsl xislətini göstərir:
“İsrailə siyasət dərsi verməyə çalışan ermənilər nədənsə unudurlar ki, onların İsrailə qarşı dedikləri bütün ittihamlar tamamilə yersiz və dezinformasiya xarakterli bəyanatlardır.
Dünənə qədər İsrailin qapısında boynunu bükən, səfirliyin açılması ilə bağlı imdad diləyən Yerevanın yəhudi dövlətinə düşmən kəsilməsi absurddur. İsraili “soyqırımda”, “terrorçuluqda” ittiham etmək sərsəmlikdir. Hamı yaxşı bilir ki, dünyada terrorçuluğu təbliğ edən və gücləndirən Ermənistandır.
İsrailin qonşusu olan Livanda on illərdir ASALA və digər terror təşkilatları İsrail dövlətçiliyinin zəifləməsində əllərindən gələni edirlər. Parisdə İsrail idmançılarına qarşı terrorda ermənilərin rolunu da unutmamalıyıq”.
Siyasi şərhçinin sözlərinə görə, ermənilərin İsrail-Azərbaycan münasibətlərinin inkişafından narahat olmaları qəbuledilməzdir:
“İsrail Ermənistana heç nə borclu deyil. Bu ölkə Ermənistanın hərbi və siyasi-iqtisadi müttəfiqi sayılmır. Paşinyan hökuməti başa düşməlidir ki, hətta Ermənistanın bugünkü hərbi-siyasi müttəfiqləri belə işğalçı ölkəyə Azərbaycanla hərbi münaqişədə yardım etmirlər. Onlar da İsrail kimi haqq və ədalətin yanında yer almaqdadır.
Bu kimi hadisələr bir daha onu göstərir ki, Ermənistan hakimiyyəti ağlını başına toplamalı və münaqişənin nizamlanması ilə bağlı real addımlar atmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə