Qarşı tərəfin itkiləri çox olsa da, Ermənistan Müdafiə Nazirliyi faktları gizlətməklə məşğuldur. Görünür, İrəvan ehtiyat edir ki, çoxsaylı əsgər ölümləri sosial problemlərdən dolayı hökumətdən narazı olan xalqı daha da hiddətləndirə bilər. Ermənistanın itkiləri gizlətməsi yeni hal deyil. Düşmən ölkə hərbi əməliyyatlar zamanı itkilərin gizlədilməsini strateji xətt olaraq davam etdirir. Lakin itkilərin açıqlanmaması erməni ordusunun biabırçı məğlubiyyəti faktını ortadan qaldırmır.
"Ermənistan itkiləri uzun müddət gizlədə bilməz"
Turan
08:43 17.07.2020
Siyasət
933
Elşad Mirbəşiroğlu: "Gec-tez həqiqət ortaya çıxacaq və qurduğu oyun baş nazirə baha başa gələcək"
Ermənistan silahlılarının Tovuz rayonu istiqamətindəki təxribatlarına Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirib. Silahlı Qüvvələrimizin düşmən hədəflərini ardıcıl məhv etməsi nəticəsində ermənilərin 100-ə yaxın canlı qüvvəsi və xeyli sayda hərbi texnikası məhv edilib. Düşmənin ağır zərbə alması faktını sosial şəbəkələrdə ermənilərin özləri də təsdiqləyib.
Qarşı tərəfin itkiləri çox olsa da, Ermənistan Müdafiə Nazirliyi faktları gizlətməklə məşğuldur. Görünür, İrəvan ehtiyat edir ki, çoxsaylı əsgər ölümləri sosial problemlərdən dolayı hökumətdən narazı olan xalqı daha da hiddətləndirə bilər. Ermənistanın itkiləri gizlətməsi yeni hal deyil. Düşmən ölkə hərbi əməliyyatlar zamanı itkilərin gizlədilməsini strateji xətt olaraq davam etdirir. Lakin itkilərin açıqlanmaması erməni ordusunun biabırçı məğlubiyyəti faktını ortadan qaldırmır.
Düşmənin hərbi və siyasi manevrlərini “Şərq”ə təhlil edən millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistan bütün sahələrdə qeyri-səmimi davranır. Deputatın sözlərinə görə, bu, hər şeydən öncə erməni rəhbərliyinin mənəvi-əxlaqi keyfiyyətsizliyinin göstəricisidir:
"2016-cı ilin aprel döyüşlərində Ermənistan tərəfi itkiləri gizlədirdi. Ancaq bir müddət sonra döyüşlərlə bağlı genişmiqyaslı istintaq prosesi başladı və xüsusi komissiya yaradıldı. Komissiya indiyə kimi fəaliyyətini davam etdirir. Əgər ermənilərin ciddi itkiləri olmayıbsa, o halda komissiya nəyi araşdırır? Hamı çox yaxşı bilirdi ki, aprel savaşında ermənilər yüzlərlə canlı qüvvəsini və hərbi texnikasını itirmişdi. Daha sonra özləri də bunu etiraf etməyə məcbur qaldılar. Yəni, işğalçı Ermənistanın hərbiçi ölümlərini cəmiyyətə elan etməməsi düşmənin xarakterinə uyğundur və qeyri-insani ənənələrin davamıdır”.
Parlament üzvü vurğulayıb ki, Azərbaycan tərəfi ermənilərin itkiləri haqda məlumat verdikdən sonra İrəvan hökuməti xalqın narazılığından ehtiyat edərək müəyyən açıqlamalar vermək məcburiyyətində qaldı:
“Sosial şəbəkələrdə aktiv olan ermənilər dövlətin itkiləri qəsdən gizlətdiyini söylədilər və erməni zabitlərinin cəsədlərini əks etdirən fotoları paylaşdılar. Bütün bunlar ona dəlalət edir ki, Nikol Paşinyanın Ermənistan cəmiyyətində dayaqları zəifdir. Məhz buna görə baş nazir sərhəddə təxribat əmri verərək ictimaiyyətin diqqətini yayındırmağa çalışdı.
Ancaq bu cəhd bumeranq kimi Paşinyanın özünə çevrildi. Ermənistan itkilərini uzun müddət gizləyə bilməz. Gec-tez həqiqət ortaya çıxacaq və qurduğu oyun baş nazirə baha başa gələcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə
Prezident İlham Əliyev Məhəmməd Baqer Qalibafı qəbul edib
17:48 24.06.2026
Gündəm