
Ermənistan KTMT üzvlüyünü davam etdirəcək - RƏY
Yusif Nəzərli
14:17 31.03.2025
Siyasət
492
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2024-cü il büdcəsini imzalamamaq qərarına gəlib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən "Sputnik Ermənistan"a bildirilib. Nazirlik təsdiqləyib ki, İrəvan KTMT katibliyini maliyyələşdirmədə iştirak etməyəcəyinə dair rəsmi şəkildə xəbərdarlıq edib. Qurum əlavə edib ki, təşkilatın daxili prosedurlarına görə, illik büdcə ilə bağlı məlumat ictimaiyyətə açıqlanmır. Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, Ermənistan 2025-ci ilin sonuna qədər üzvlük haqqını ödəməsə, KTMT-yə üzv dövlətlər vəziyyətin inkişafı üçün müxtəlif ssenariləri nəzərdən keçirə bilər.
Politoloq Kazım Kazımov “Sherg.az”a bildirib ki, Ermənistan və KTMT arasında münasibətlər uzun illərdir gərgindir:

“Bunun əsas səbəbi 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi ilə yanaşı dövlət siyasətinə müəyyən fərqlərin gəlməsidir. Nikol Paşinyan Rusiya ilə arasına məsafə qoymağa çalışdı. 2020-ci il bu məsafəyə rəğmən Qarabağ müharibəsində KTMT-nin Azərbaycana müdaxilə etməsini istədi. KTMT isə hüquqi olaraq Azərbaycana müdaxilə edə bilməzdi. Çünki Azərbaycan hərbi əməliyyatları öz torpaqlarında həyata keçirirdi. Ola bilsin ki, Ermənistan belə davranışla KTMT-dən uzaqlaşmaq üçün taktika işlədirdi. Qarabağ müharibəsindən sonrakı dövrlərdə Ermənistan ordusundakı bir çox Nikol Paşinyanın xoşuna gəlməyən hallardan yana KTMT ilə İrəvan arasında inciklik daha da sərtləşib. Nikol Paşinyan bir neçə dəfə KTMT-nin iclaslarına qatılmayıb. KTMT-nin fəaliyyətləri ilə bağlı ciddi narazılıqlarını dilə gətirmişdi. İndiki şəraitdə də Nikol Paşinyan KTMT ilə bağlı mövqeyini sərtləşdirib. Nikol Paşinyan KTMT-yə Ermənistana yetəri qədər dəstək vermədikləri üçün təşkilatın büdcəsini imzalamıram şəklində mesaj verir. Lakin Ermənistan KTMT-dən çıxsa, onun qoşula biləcəyini heç bir hərbi blok yoxdur. Ona görə də düşünürəm ki, Ermənistan KTMT üzvlüyünü davam etdirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya