Ermənistan Qafqazın "qırmızı zona"sıdır
Turan
06:40 23.06.2020
Siyasət
599
Paşinyan da bu fonda ciddi gərginliklərlə üz-üzə qaldığının fərqindədir
Belə olan vəziyyətdə onun anti-demokratik addımları daha da şiddətlənib
Dünyanı cənginə alan koronavirus pandemiyası işğalçı Ermənistanda daha ciddi fəsadlar yaradıb. İrəvan hökuməti virusun yayılmasının qarşısını almaqda, yoluxmuş insanları sağaltmaqda aciz duruma düşüb. Baş nazir Nikol Paşinyan həqiqəti əks etdirməyən bəyanatlar verərək daxili publikanı sakitləşdirməyə çalışsa da, ölkə iqtisadiyyatının çökdüyü, Ermənistanın çıxılmaz duruma düşdüyü açıq-aşkar hiss olunur. Düşmən ölkədəki acınacaqlı vəziyyət Paşinyana qarşı narazılığı artırır və müxalif cəbhəsinin ittihamlarını genişləndirir.
Getdikcə baş nazirə qarşı çıxanların sayı çoxalır. Paşinyan isə mövcud problemləri həll etmək əvəzinə, hökumətə qarşı çıxanları repressiya etməklə məşğuldur. Son olaylardan sonra həm müxalif siyasətçilər, həm də jurnalistlər sıxışdırılır, hətta həbs olunurlar. Lakin beynəlxalq təşkilatlar hələ Ermənistanda yaşananlara göz yumur və Paşinyanın diktatorsayağı əməllərinə reaksiya vermirlər. Halbuki, ermənilərin özləri Paşinyan iqtidarını ölkədə diktatura metodlarını tətbiq etməkdə ittiham edərək beynəlxalq qurumları yardıma çağırırlar.
Düşmən ölkədəki vəziyyəti “Şərq”ə analiz edən millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib ki, ölkəsində “demokratiya”nın olduğundan dəm vuran baş nazir Nikol Paşinyan rəqiblərini güc yolu ilə susdurmağa çalışır. Deputat bildirib ki, Paşinyan pandemiya ilə əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edərək öz rəqiblərini zəiflətmək, sıradan çıxarmaq yolunu tutub:
“Paşinyan hakimiyyətinin əsas rəqibi, keçmiş prezident Robert Koçaryan uzun müddət həbsdə qaldı. Devirdiyi Serj Sarkisyan da həbs olunmaq təhlükəsi altındadır. Bunlar azmış kimi, Paşinyan indi də digər rəqibi olan milyarder Q.Sarukyanı hədəf seçib. Ermənistan parlamentində təmsil olunan ikinci böyük siyasi qüvvənin rəhbəri Sarukyan bir çoxları kimi Paşinyan və hökumətinin istefasını tələb edib. O, hökumətin islahatlar keçirməyə qadir olmadığını bildirib. Paşinyanı bu fonda narahat edən Sarukyanın sahib olduğu maliyyəni ona qarşı istifadə etməsi təhlükəsidir.
Bu səbəbdən o, Sarukyanı sıradan çıxarmaq üçün hərəkətə keçib. Məlumata görə, Paşinyan Sarukyanla telefon danışığı aparıb və təhdid edib ki, hökumət əleyhinə addım atacağı təqdirdə hər kəsi məhv edəcək. Sarukyandan başqa, Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanı da sıradan çıxarmağı düşünür. Bir sözlə, hazırda Ermənistanda bütün hökumət resursları müxalifəti susdurmağa, onu məhv etməyə yönəlib”.
Parlament üzvü deyib ki, Ermənistan sözün həqiqi mənasında bu gün perspektivi olmayan bir dövlətdir:
“Erməni ekspertlər bildirir ki, yaxın perspektivdə Ermənistanda çox ağır iqtisadi kataklizmlər gözlənilir. Pandemiya dövrü isə Ermənistanın onsuz da ağır olan iqtisadi-sosial durumunu daha dözülməz vəziyyətə gətirib. Bu nöqteyi-nəzərdən Ermənistan Qafqazın “qırmızı zonası” hesab olunur. Paşinyan da bu fonda ciddi gərginliklərlə üz-üzə qaldığının fərqindədir.
Belə olan vəziyyətdə onun anti-demokratik addımları daha da şiddətlənib. O, siyasi rəqiblərini sıradan çıxarmaq üçün əlindən gələn hər şeyi edir. Düşmən ölkədə dözümsüzlük mühiti formalaşır. Vaxtilə “demokrat” imicinə malik olan Paşinyanı indi erməni jurnalistlər qırğı formasında təqdim edirlər. Bütün bunlar onu göstərir ki, Ermənistanda insan hüquq və azadlıqları kəskin şəkildə tapdanır. İşğalçı ölkənin baş naziri opponentlərinə münasibətdə diktator kimi davranır, onları döyməklə hədələyir”.
Deputat vurğulayıb ki, Paşinyanın qanunazidd addımlarına baxmayaraq, insan hüquqları ilə bağlı bir sıra Avropa qurumlarının heç bir iradını müşahidə etmirik:
“Ermənistanda ölkə rəhbəri rəqiblərini, ona etiraz edənləri həbs və təhdid edir. Amma beynəlxalq qurumlardan Ermənistana münasibətdə adekvat reaksiyanı görmürük. Onlar susurlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm