"Ermənistan Qarabağda terror yuvası salır"
06:21 05.11.2020
Siyasət
732
"Azərbaycan nəinki regionu, hətta dünyanı faşizm bəlasından xilas edir"
"75 il öncə nasistlərin törətdiyi cinayətlər cəzasız qalmadığı kimi onların xələfləri olan erməni faşistlərinin də hərbi cinayətləri cəzasız qalmamalıdır. Döyüş meydanında Azərbaycan Ordusunun dərs verdiyi Ermənistanın gücü günahsız dinc əhaliyə, qadınlara, uşaqlara çatır və bu səbəbdən də xaincəsinə mülki əhalini hədəf seçir. Onların məqsədli şəkildə Gəncəyə, Bərdəyə, Tərtərə və başqa yaşayış məntəqələrinə beynəlxalq səviyyədə qadağan olunmuş raketlərlə hücum etməsi də dövlət səviyyəsində həyata keçirdikləri terrorun göstəricisidir. Lakin buna baxmayaraq, Azərbaycan Ordusu Gəncənin də, Bərdənin də qisasını yerdə qoymur, düşmənə ağır zərbələr endirir, torpaqlarımızı işğaldan azad edir".
Bu sözləri millət vəkili Sədaqət Vəliyeva deyib. O vurğulayıb ki, tarixə ləkə kimi düşən bu faciələrə görə Ermənistan məsuliyyətdən boyun qaçıra bilməyəcək: "Bu gün işğal altında olan ərazilər azad olunduğu kimi gün gələcək bu müharibə cinayətlərini törədənlər də hərbi tribunallarda əməllərinə görə cavab verəcək.
Tarixdə heç bir hərbi və beynəlxalq cinayət cəzasız qalmayıb. Biz bunun tarixi və əyani sübutları ilə dəfələrlə qarşılaşmışıq. Azərbaycan xalqı da Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən kütləvi qətlə və soyqırıma məruz qalıb. Bu gün də Azərbaycan xalqı erməni faşizmindən əziyyət çəkir.
Təkcə sentyabrın 27-dən başlanan hərbi əməliyyatda ermənilərin hərbi zonadan kənarda yerləşən yaşayış məntəqələrinə ballistik raketlər və qadağan edilmiş kasetli bombalarla hücum etməsi nəticəsində 91 nəfər dinc sakin həlak olub, o cümlədən 1 körpə, 10 uşaq, 27 qadın qətlə yetirilib. Müasir dövrdə bu cür cinayətlərə susmaq ən böyük ədalətsizlik və qətliam törədən faşistlərin daha da həvəsləndirilməsi olar. Ona görə də, 75 il öncə nasistlərin törətdiyi cinayətlər cəzasız qalmadığı kimi onların xələfləri olan erməni faşistlərinin də hərbi cinayətləri cəzasız qalmamalıdır".
S.Vəliyeva diqqətə çatdırıb ki, dünya Ermənistanın siyasi-hərbi rəhbərliyinin Qarabağa terrorçuları gətirməsinə, Azərbaycana qarşı vuruşdurmasına susmamalı, erməni faşistlərinin bu əməlləri cəzasız qalmamalıdır:
"Qarabağda hərbi əməliyyatların başlandığı ilk günlərdə bəzi dövlətlərin başçıları və mediaları Azərbaycanı və Türkiyəni ittiham edirdilər. Lakin sonradan üzə çıxan faktlar bir daha isbatladı ki, Azərbaycan muzdlulardan istifadə etmir, əksinə, Ermənistan Qarabağda terror yuvası salıb.
Muzdluların və yaraqlıların Ermənistan ordusunda vuruşması, əcnəbi vətəndaşların orduya cəlb edilməsi və Qarabağa göndərilməsi demək olar ki, adi hal alıb. Lakin Azərbaycanı və Türkiyəni ittiham edən ölkələr, medialar bu dəfə susmağa üstünlük verdilər.
Niyə? Bu qədər ikili standartlar nə üçündür? Bir halda ki, Azərbaycan nəinki regionu, hətta dünyanı faşizm bəlasından xilas edir, niyə ölkəmizə qarşı ədalətsizlik olmalıdır? Axı, sabah bu faşistlər başqa təxribatlar da törədə bilərlər. O zaman məsuliyyət kimin üzərində olacaq?
Ona görə də, Ermənistanın siyasi-hərbi rəhbərliyi bu cür beynəlxalq cinayətlərinə görə də cəzasını almalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə