"Ermənistan rəhbərliyi konstruktiv dialoq mühitini pozmağa çalışdı" - Könül Nurullayeva
Turan
07:35 21.06.2020
Siyasət
661
“Avropa İttifaqının ərazi bütövlüyü ilə bağlı vahid yanaşması Ermənistanı narahat edir”.
Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin üzvü Könül Nurullayeva deyib.
Deputat bildirib ki, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının iyunun 18-də baş tutan videokonfransında Ermənistan rəhbərliyi konstruktiv dialoq mühitini pozmağa çalışdı:
"Nikol Paşinyanın özünəməxsus isterik davranışlarından və əsassız fikirlərindən aydın olurdu ki, o, Şərq Tərəfdaşlığı ölkələrinin zirvə konfransını hakimiyyətə gəldiyi vaxt Ermənistan küçələrində keçirdiyi mitinqlərlə səhv salır. Bu toplantıda Paşinyan nəinki beynəlxalq ictimaiyyəti aldatmağa cəhd etdi. Hətta Avropa Məhkəməsi kimi nüfuzlu qurumun qəbul etdiyi hüquqi sənədləri təhrif etməyə çalışdı. Halbuki Paşinyanın dediklərinin əksinə olaraq, Avropa Məhkəməsi Ramil Səfərov işində Azərbaycan dövlətini baş vermiş hadisədə təqsirli bilməyib. Sənəddə irqçiliklə bağlı hər hansı ittiham yoxdur. Bu hal fərdi əsasda baş vermiş davranış kimi qiymətləndirilib. Paşinyanın terrorçuluqla bağlı çıxışı isə Ermənistanın terrorçu mahiyyətilə birbaşa ziddiyyət təşkil edirdi. Buna görə də Prezident İlham Əliyev növbəti dəfə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini əsaslı arqumentlərlə ifşa etdi. Dövlət başçımızın “Ermənistanın baş nazirinə terrorçuluq haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdular" deyərək, Parisin Orli hava limanında terror hadisəsi törədən Varujan Karapetyanın Ermənistana ekstradisiyasını və əfv edilməsini xatırlatması Paşinyanı növbəti dəfə beynəlxalq ictimaiyyət qarşısında çıxılmaz vəziyyətə saldı".
Parlamentari bəyan edib ki, bu toplantıda baş verənlər bir daha göstərdi ki, Paşinyan kimi siyasi diletantların böyük siyasətdə yeri yoxdur:
"Avropa İttifaqı ilə əməkdaşlığa gəlincə, İttifaqa ianə mənbəyi kimi baxan Ermənistanla qlobal səviyyədə humanitar missiya yerinə yetirən Azərbaycanın fərqi aydın görünür. Ermənistandan fərqli olaraq, videokonfransda da vurğulandığı kimi, Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir və İttifaqla münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bu gün Azərbaycan Avropa Birliyinə üzv 9 dövlətlə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Burada ən vacib məqam Avropa İttifaqı üçün ərazi bütövlüyü və milli suverenliyin prioritet təşkil etməsidir. Məlumdur ki, 2 il əvvəl - 2018-ci ildə Brüsseldə paraflanmış Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri sənədində tərəflərin bir-birilərinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyi gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib. Bu günlərdə Avropa Parlamentinin məruzəçiləri də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını açıq-aşkar bəyan edib. Eyni zamanda milli suverenlik və ərazi bütövlüyünün dəstəklənməsi Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələri ilə münasibətlərinin əsas elementidir. Bu faktlar Avropa İttifaqının ərazi bütövlüyü məsələsinə münasibətdə vahid yanaşmaya doğru istiqamətləndiyini göstərir ki, bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hüquqi bazanın möhkəmlənməsi baxımdan olduqca vacibdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm