Ermənistan sülh yollarını qapadır: “Hərbi əməliyyatlar qaçılmazdır və...”
Turan
07:31 25.09.2020
Siyasət
1205
“Azərbaycan dövləti ərazisinin bir qarışını belə güzəştə getməyəcək”
“BMT, ATƏT, AŞ və digər beynəlxalq qurumların sənədlərinə istinad edərək hərbi əməliyyata başlaya bilərik”
“Aşkar şəkildə görünür ki, bu istiqamətdə müəyyən addımlar da atılır”
“Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli Azərbaycanın bir dövlət kimi vəzifəsi və borcudur”.
Bu sözləri “Sherg.az”a millət vəkili Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, İkinci Dünya müharibəsi başa çatdıqdan sonra gələcəkdə müharibələrin baş verməməsi üçün Birləşmiş Millətlər Təşkilatı adlı qurum təsis olundu:
“Bütün dünyada sülhün, sabitliyin, təhlükəsizliyin qorunması həmin qurumun Təhlükəsizlik Şurasına həvalə edildi. İkinci dünya müharibəsində baş verən itkilər bəşəriyyətdə belə bir fikir yaratmışdı ki, gələcəkdə müharibələr olmaz. Yəni insanlar müharibələrin ağır nəticələr verdiyini görərək böyük müharibələrə yol verməzlər. Lakin belə bir eyforiya, sülh hərəkatı özünü doğrultmadı. Biz bu dəhşətli müharibədən sonra da dünyada çoxsaylı, mərhələli müharibələrin şahidi olduq. Bu müharibələrdəki insan ölümü, maddi-mənəvi itkilər heç də az olmayıb. Hazırda beynəlxalq hüquq normaları yalnız bir halda müharibəyə bəraət qazandırır. Yalnız işğala, təcavüzə məruz qalan dövlət və xalq özünümüdafiə məqsədi ilə müharibəyə başlaya bilər. Azərbaycan da beynəlxalq hüquq norma və prinsiplərinə, habelə Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə görə öz ərazilərini hərbi yolla azad etmək hüququna malikdir”.
Parlament üzvünün sözlərinə görə, ümumiyyətlə müharibələr yalnız hərb müstəvisində aparılmır, eyni zamanda iqtisadi, siyasi, ideoloji sahələri də əhatə edir:
“Azərbaycan sivil və demokratik dövlətdir, beynəlxalq səviyyədə müəyyən olunmuş bütün sülh prinsiplərinə əməl edir. Azərbaycanın illərdir danışıqlar prosesində sonadək təmkinlə iştirakı ona həm də hərb yolunun seçilməsi üçün əsaslı arqumentlər verə bilər. Danışıqlar prosesi sonadək nəticə vermədiyi halda, rəsmi Bakı hərb yolunun qaçılmazlığını beynəlxalq ictimaiyyətə əsaslandırmaq imkanı qazanacaq. Aşkar şəkildə görünür ki, bu istiqamətdə müəyyən addımlar da atılır. Bu zaman BMT-nin, ATƏT-in, Avropa Şurasının, digər beynəlxalq qurumların sənədlərinə istinad edərək hərbi əməliyyata başlaya bilərik. Məsələnin mahiyyəti bundan ibarətdir və hesab edirəm ki, səbrlə prosesin sonunu gözləməliyik”.
M.Cəfərov qeyd edib ki, respublikamız elə bir geosiyasi məkanda yerləşir ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır:
“Kifayət qədər geniş imkanları olan Azərbaycanın üzləşdiyi ərazi problemini həll etməsi bütün sülh proseslərində iştirak edib. Lakin dünya ölkələri və birlikləri unutmamalıdır ki, Azərbaycan dövləti ərazisinin bir qarışını belə güzəştə getmək fikrində deyil.
Xüsusilə də Dağlıq Qarabağın əzəli torpaqlarımızdan qoparılmasına göz yummaq kimi bir fikrimiz yoxdur.
Rusiya Xarici İşlər naziri Lavrovun verdiyi təklif açıq şəkildə Dağlıq Qarabağı Azərbaycandan qoparmağa yönəlib. Digər tərəfdən Kəlbəcərlə Ermənistanı birləşdirən yolun çəkilməsi dünya ölkələrini, dünya birliklərini narahat etmir. Bu təklif Ermənistanın işğalçı tamahını artırmaqdan başqa bir şey deyil.
İşğalçıya şərait yaradılır ki, etmək istədiyini həyata keçirsin. Düşünürəm ki, illərdir bu problemi həll edə bilməyən və ya həll etmək istəməyən xarici qüvvələr açıq şəkildə Ermənistana rəğbət bəsləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat