Ermənistan yeni avantüraya başlayıb
Şəymən Bayramova
09:54 18.08.2020
Siyasət
1000
İstənilən təxribat işğalçı ölkəyə baha başa gələcək
Qondarma cinayətkar rejimin başçısı Arayik Arutyunyan Azərbaycanı təhdid edərək bildirib ki, əgər Xankəndinə bir bomba atılsa, Gəncəni atəşə tutacaqlar. Onun bu təhdidi ölkə ictimaiyyətində ironik gülüş doğurub.
Hərbi ekspert və siyasi şərhçilərin ümumi rəyinə görə, Azərbaycanın havadan müdafiə sistemi ermənilərin şəhərlərimizə etdikləri təhdidlərin qarşısını almaq üçün yetərli imkanlara sahibdir.
“Azərbaycanın müdafiə sistemi elə qurulub ki, biz istənilən nöqtələri, yəni strateji obyektləri, şəhərləri müdafiə edə bilərik.
Bu mənada Arayik Arutyunyanın səsləndirdiyi bu fikirlər təbliğat xarakterlidir və erməni əhalini sakitləşdirməyə yönəlib.
Millət vəkili Hikmət Babaoğlunun da "Sherg.az"a açıqlamasında dediyi kimi Tovuz təxribatından sonra həm hərbi, həm də diplomatik-siyasi müstəvidə layiqli cavab alan ermənilər yeni təxribatlar yaratmağa cəhd etməklə sonuncu uğursuzluqlarını daxili ictimai rəydə kompensasiya etməyə çalışırlar. Lakin millət vəkili hesab edir ki, Qarabağ probleminin bu cür manipulyasiya edilməsi uzun müddət davam edə bilməz və Azərbaycanın ərazi bütövlüyü işğalçı Ermənistanın daxili siyasət spekulyasiyasına çevrilə bilməz:
"Dağlıq Qarabağdakı qondarma rejimin başçısı, terrorist Arayik Arutyunyan Gəncəni vurmaqla bağlı sərsəm fikirlər irəli sürüb. O separatçı əmin olsun ki, onun səsi elə çıxdığı yerdəcə susdurulacaq və buna çox az qalıb. Xankəndi də daxil olmaqla işğal altında olan bütün ərazilər tezliklə öz həqiqi sahibinə , Azərbaycana qovuşacaq ".
H.Babaoğlunun sözlərinə görə, Tovuz təxribatından sonra işğalçı ölkənin ən sadiq havadarlarının belə Ermənistana sahib çıxmaması bütün paşinyanları, arutyunyanları isterika vəziyyətinə salıb və onların nostalji hisslərini o qədər qabardıb ki, Gəncənin adını belə Kirovabad kimi söyləməyə məcbur edib:
"Separatçılar və işğalçılar bilməlidirlər ki, artıq yeni bir tarixi mərhələ başlayıb. İndi nə onların böyük nostalji hissi ilə xatırladıqları sovet imperiyası var, nə də onun işğal maşını real hərbi-siyasi mexanizm rolunu oynayır. Separatçı rejimi dəstəkləyən qorbaçovlar da artıq yoxdur. Təəccüb və təəssüf doğuran isə odur ki, separatçı Arutyunyanın yeni terror aktı planları ilə bağlı səsləndirdiyi fikirlərə ATƏT-in Minsk Qrupu və digər müvafiq beynəlxalq təşkilatlar heç bir reaksiya vermirlər. Görünür, ATƏT-in Minsk Qrupu öz missiyasını yalnız Ermənistan dara düşəndə tərəfləri sülhə çağırmaqla bitmiş hesab edir. Bu cür davranışa son qoyulmalıdır. Onsuz da gərgin olan regionumuzda növbəti təxribatların böyük müharibəyə çevrilməsi əsla istisna deyil. İşğal faktı qaldıqca müharibə riski də qalacaq. Vasitəçilik missiyası üçün BMT Təhlükəsizlik Şurasından mandat alan Minsk Qrupu ya missiyasını yerinə yetirməli, ya da fəaliyyətində iflasa uğradığını etiraf etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat