
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - POLİTOLOQ
Yusif Nəzərli
07:03 01.02.2025
Siyasət
523
Artıq Paşinyanın mövqeyində də yumşalma müşahidə olunur
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Naxçıvanla Azərbaycanın Qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil. Baş nazirin sözlərinə görə, İrəvan Azərbaycana çox konkret təklif verib: "Bu, hətta təklif deyil, bu, bizim qiymətləndirməmizdə və açıq şəkildə həm Ermənistanın, həm də Azərbaycanın mövqelərini nəzərə alan məsələnin həllidir. Biz mövqeləri formalaşdırırıq, ifadə edirik, o mövqeləri paketləyirik və s. Lakin biz nəinki öz mövqelərimizi ifadə etmişik, həm də Azərbaycanın qaldırdığı məsələləri, həm də bizim tərəfimizdən qaldırdığımız məsələləri həll edən yollar təklif etmişik. Təklif edirik ki, Qərbi Azərbaycandan, yəni Azərbaycanın qərb rayonlarından Naxçıvan Muxtar Respublikasına və əksinə dəmir yolu yük əlaqəsi olsun. Amma eyni prinsiplə Arazdəyəndən Naxçıvan ərazisi ilə də əlaqə olsun, Mehriyə və əksinə". Baş nazir qeyd edib ki, o cümlədən, beynəlxalq ticarət üçün Azərbaycan ərazisi vasitəsilə Ermənistana şərait yaradılsın: "Həmin təklifin mühüm nüanslarından biri də odur ki, atmosferi və münasibətlərdəki gərginliyi nəzərə alaraq, indiki mərhələdə biz bir müddət yükdaşımalara başlayacağıq, sonra atmosfer daha uyğun olanda sərnişin nəqliyyatı haqqında da düşünəcəyik. İndi, düzünü desəm, biz Azərbaycandan müsbət cavab gözləyirik. Azərbaycanın mövqeyini bilirəmsə, mən başa düşmürəm ki, onlar bunu niyə rədd etsinlər. Biz qaldırdığımız hər iki problemə cavab verən bir həll tapdıq". Paşinyan vurğulayıb ki, bu təklif “Sülh kəsişməsi” proqramı çərçivəsində səslənən prinsiplərə tam uyğundur, eyni zamanda Azərbaycanın danışıqlar zamanı qaldırdığı gözləntilərə cavab verir: "Biz maneəsiz ünsiyyətin əleyhinə deyilik, lakin maneəsiz olmaq Ermənistan Respublikasının yurisdiksiyasından yan keçmək demək deyil".
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a deyib ki, Ermənistan Zəngəzur dəhlizinin açılma prosesini bacardığı qədər uzatmağa çalışacaq və bu uzatmada da Qərb siyasi dairələrinin verdiyi təlimatlar xüsusi rol oynayacaq. Ekspertin sözlərinə görə, Qərbin yanaşma tərzi bu məsələdə böyük önəm daşıya bilər:

"Çünki Qərb siyasi dairələri Zəngəzur dəhlizinin açılmasında xüsusi situasiyanın yaradılmasına çalışırlar. Bu situasiyada ilk növbədə Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməməsi hədəfinə yönəlib. Böyük ehtimalla, yaxın gələcəkdə Zəngəzur dəhlizi ilə bağlı məsələ gündəmin əsas mövzularından birinə çevrilə bilər. Əslində, Ermənistana Zəngəzur dəhlizinin dərhal açılması daha sərfəlidir. Ancaq Ermənistan müəyyən bəhanələrlə özünə daha yaxşı şərtlərin yaradılmasına cəhd göstərir. Bu məsələdə də Qərb siyasi dairələrinin dəstəyini almağa çalışır. Lakin rəsmi Bakının qətiyyətli və prinsipial mövqeyi Ermənistanın qarşıya qoyduğu hədəfləri boşa çıxarmaqdadır. Belə anlaşılır ki, Ermənistan əvvəl-axır Zəngəzur dəhlizinin açılmasında geri addım atmaq məcburiyyətində qala bilər. Hətta bunun ilkin əlamətləri də müşahidə olunmaqdadır. Baş nazir Nikol Paşinyanın ən maneəsiz keçid variantı barədə danışması da bunun əlaməti sayıla bilər. Çünki son vaxtlara qədər Ermənistan Zəngəzur dəhlizinin birmənalı şəkildə Ermənistanın yurisdiksiyası daxilində açılmasının tərəfdarı kimi çıxış etməyə çalışırdı. Ancaq rəsmi Bakı birmənalı şəkildə Azərbaycandan Azərbaycana dəmir yolunun maneəsiz yoxlamasız fəaliyyət göstərməsində israr edir".
Analitikə görə, Ermənistan nisbətən geri çəkilməyə meyillidir:
"Artıq bunun geriyə dönüşü, yəni fərqli şərtlər daxilində reallaşmasının mümkün olmayacağını Paşinyan hakimiyyəti də anlayır. Hazırda Ermənistan blokada şəraitində olduğundan nəqliyyat-kommunikasiya xətlərinin açılmasına, qonşu ölkələrlə iqtisadi, ticari münasibətlər qurulmasına ehtiyac duyur. Ermənistan əvvəl- axır Azərbaycanın şərtləri daxilində Zəngəzur dəhlizinin açılmasına razı olmaq məcburiyyətində qalacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya
Saakaşvili: Yeni plan qurulub, Gürcüstanda fəlakət qopacaq
15:24 23.07.2026
Gündəm
Azərbaycan və Çin Xəzərdə külək enerjisi layihəsini müzakirə edib
15:08 23.07.2026
Aktual
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
14:57 23.07.2026
Mədəniyyət