Ermənistanda anarxiya ! – “Əhalinin 45 faizi ölkəni tərk edib”
Fidan Həmişəyeva
14:45 01.07.2020
Siyasət
898
“Ermənistan dırnaqarası müstəqillik əldə etməsinə baxmayaraq bu günə qədər başqa ölkələrin fort-postu olaraq fəaliyyətini davam etdirməkdədir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Ramil Həsən deyib.
Parlament üzvü bildirib ki, cənab Prezidentin xüsusilə vurğuladığı kimi 1998-ci ildən bu günə qədər Ermənistanda cinayətkar-mafioz qruplar ölkəyə rəhbərlik ediblər:
“Bu gün Ermənistanın faktiki olaraq əhalisi 2 milyondur. Çoxlu sayda insan ölkəni tərk edib gedibsə, deməli Ermənistanda ciddi xaos, anarxiya, başıpozuqluq mövcuddur. Bu proseslər nəticəsində əhalinin təxminən 45 faizi ölkəni tərk edib. Bu gün 20 il ərzində cinayətkar dəstədən və korrupsioner rejimdən sonra hakimiyyətə gələn rejimin adını cənab Prezident çıxışlarında qeyd edib-təlxək şousu. Ermənistanın baş naziri bu gün ölkədə təlxək şousunun ssenari müəllifidir. Real fakt bundan ibarətdir ki, 1997 ilə qədər Ermənistanda az-çox Dağlıq Qarabağ problemini Azərbaycanla həll etmək üçün ağıl və məntiqlə çalışan bir şəxs var idi-Petrosyan. Onu da bir gecənin içərisində məcburən istefaya göndərdilər. Çünki lazım olan şəkildə Ermənistan xalqının yox başqa mənfəətlərin güdülməsi əsas amil kimi deyilirdi”.
R.Həsən qeyd edib ki, bütün dünyada bəlaya çevrilən “COVİD-19” pandemiyası ilə əlaqədar Azərbaycan 30-dan çox ölkəyə hərtərəfli yardım göstərdiyi halda Ermənistan digər ölkələrdən yardım dilənir:
“Azərbaycanın bu günkü real vəziyyəti, iqtisadi-siyasi və hərbi gücü, dövlətin idarəetmə mexanizmdə aparılan islahatlar və Ermənistanın düşmüş olduğu xaos göz qabağındadır”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin Ermənistan hakimiyyətini tənqid etməsi ilə əlaqədar Ermənistan mediası müəyyən iddiallarla çıxış edir. Bildirilir ki, Ermənistan hakimiyyəti haqqında Prezident İlham Əliyevin irəli sürdüyü fikirlər Azərbaycan hakimiyyətinin özünə aiddir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat