Ermənistanda hazırkı siyasət növbəti silahlı çevrilişə aparır - Politoloq
Turan
12:18 23.08.2020
Siyasət
763
“Ermənistanın Tovuz istiqamətində hərbi təcavüzünə qarşı Azərbaycanın güclü hərbi zərbəsi, paralel olaraq diplomatik müstəvidə prosesləri öz lehimizə çevirməyimiz Paşinyan iqtidarını çıxılmaz vəziyyətə saldı”.
Bunu “Sherg.az”a açıqlamasına Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, sərhəddə və xarici siyasətdə arda-arda yaşanan məğlubiyyət Paşinyana qarşı daxildə narazılığı pik səviyyəyə qaldırıb:
“Ermənistanın vətəndaş cəmiyyəti institutları, siyasi partiyalar Paşinyan hakimiyyətinin bu məğlubiyyətini onun apardığı uğursuz siyasətdə gördülər. Hətta Rusiya KTMT çərçivəsində Ermənistana siyasi dəstək vermədi. Halbuki, Azərbaycan döyüşləri Ermənistanın sərhədlərindən içəri daşımışdı. Tovuz təxribatlarında Ermənistanın işağlçı mahiyyəti bir daha ortaya çıxmaqla, regionda və beynəlxalq münasibətlər sistemində Qarabağla bağlı mövqeyimizi möhkəmləndirdi. Demək olar ki, dünya birliyi birmənalı şəkildə Azərbaycanı dəstəklədi. Baş verən proseslər fonunda Ermənistan hakimiyyəti öz uğursuzluğunu ört-basdır etmək üçün Tovuz təxribatlarının iştirakçısı olan bəzi hərbiçilərə orden və medallar verdi. Əlbəttə, bu medalları verməklə Paşinyan Tovuz məğlubiyyətinin acı nəticələrini daxili auditoreyada "qələbə" kimi təqdim etməyə çalışdı. Amma bunun əsl cavabını sabiq prezidenti Serj Sarksiyan verdi. O, Tovuz döyüşlərində bir neçə hərbiçiyə mükafat və medalların verilməsini əsassız olduğunu qeyd etdi. Bunu onunla əsaslandırdı ki, Tovuzda Ermənistanın heç bir qalibiyyəti olmayıb”.
Analitik vurğualyıb ki, Ermənistanda daxili siyasi vəziyyətinin gərginləşməsi, Paşinyanın “Qarabağ klanı”na qarşı cəza siyasəti digər vəd etdiyi islahatları arxa fona keçirib:
“ABŞ və Rusiya da Ermənistan hakimiyyətinə qarşı çox ciddi ölçü götürülməsində maraqlıdır. Hər iki tərəf Paşinyanın apardığı siyasətin onların geosiyasi maraqlarına cavab vermədiyini düşünür. Məhz onun nəticəsidir ki, Paşinyan nə "demokratik" lider kimi Ağ Evə dəvət edildi, nə də müttəfiq kimi Kremlə çağrıldı. Baxamayaraq ki, Paşinyan özünü regionun “demokratik” lideri hesab edir. Göründüyü kimi Paşinyanın hazırkı siyasəti regionda manevr siyasəti qurmaq, Azərbaycan kimi tarazlıq siyasəti aparmaq, bununla da Qarababağ məsələsini arxa plana keçirmək idi. Amma bütün cəhdləri boşa çıxdı. Azərbaycan regionun aparıcı ölkəsi, iki qitəni birləşdirən enerji və nəqliyyat layihələrinin birbaşa iştirakçısı olaraq uzun illərdir ki, manevr siyasəti həyata keçirir. Ermənistanda hazırkı siyasət bu ölkədə növbəti silahlı çevrilişə aparır. Paşinyanın medal verdiyi hərbiçilər sabah onu devirməyə qalxacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat