Ermənistanda hərc-mərclik: “Komandanlıq yox, iğtişaş ehtimalı çox...” – Rəhbərlik başını itirib!
08:19 30.10.2020
Siyasət
798
Ordumuzun apardığı əks-hücum əməliyyatları nəticəsində düşmən tərəfi xeyli canlı qüvvə itirib. Ermənistanın rəsmi açıqlamalarına əsasən onların mindən çox hərbçisi məhv edilib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan isə itkilərinin 2 minə yaxın olduğunu etiraf edib. Fəqət, reallıq tamam fərqlidir. Yəni düşmənin itkisi açıqlanan rəqəmlərdən bir neçə dəfə çoxdur. Yanlış açıqlamaları ilə Ermənistan ictimaiyyətinə qarşı laqeyd münasibət sərgiləyən düşmən tərəfi ölmüş əsgər və zabitlərinə, eyni zamanda azad edilmiş ərazilərimizdə qoyub qaçdıqları mülki şəxslərə də biganə yanaşırlar.
Qeyd edək ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyasına uyğun olaraq humanist addım atıb. Ermənistan hərbçilərinə aid 30 ədəd meyitin və eyni zamanda Ermənistanın işğal etdikləri ərazilərdən geri çəkilən zaman köməksiz vəziyyətdə qoyub getdikləri 2 mülki şəxsin qarşı tərəfə verilməsi ilə bağlı bir neçə dəfə təklif verilib. Daha sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə keçirilən görüşdə bununla bağlı bir neçə dəfə təklif verilsə də ermənilər bu humanitar missiyaya heç bir cavab verməyib
Bu barədə “Sherg.az”a danışan millət vəkili Tahir Kərimli qeyd edib ki, artıq neçənci dəfədir Azərbaycan tərəfi ermənilərə meyitlərini götürməyi təklif edir:
“Təbii ki, çoxlu sayda meyit Ermənistana daxil olandan sonra orada həyəcanın və iğtişaşların artması gözlənilir. Ona görə də onlar öz meyitlərini götürməkdən imtina edirlər. İkincisi isə onlar ölülərini götürməməklə Azərbaycan tərəfini ittiham etmək istəyirlər ki, guya humanitar atəşkəs zamanı onlara öz meyitlərini götürməyə imkan verilmir.
Ümumiyyətlə, Ermənistan rəhbərliyi başını itirib. Vahid komandanlıq yoxdur, hərc-mərclikdir. Nəqliyyat vasitələrinin çatışmazlığı və əmrə tabe olmama səbəbindən onlar ölmüş hərbçilərinə yaxın durmurlar”.
Parlemantari ermənilərin Suqovuşanda köməksiz qoyub qaçdığı 2 nəfər mülki şəxsdən də söhbət açı. O, işğalçı ölkənin onları hansı səbəbdən qaytarmaq istəməməsini açıqlayıb:
“Proseslərin gedişatında Azərbaycan tərəfi sözügedən şəxslərlə Dilqəm və Şahbazın əvəz olunmasını istəyir. Ermənilər bunu etmək istəmirlər. Onları yaşlıların Azərbaycanda qalması narahat etmir. Çünki yaxşı bilirlər ki, Azərbaycan mülki əhali ilə çox yaxşı rəftar edir. Hətta onlara Ermənistanın özündən də yaxşı davranıb, qayğılarına qalırlar. Buna görə də onlara heç yaxın durmaq istəmirlər”.
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə