“Ermənistandakı "inqilab”ı Sorosun idarə etməsi şübhə doğurmur”
Şəymən Bayramova
14:26 02.08.2020
Siyasət
984
“Soros kimi təşkilatlar öz fəaliyyət dairələrinə uyğun olaraq Ermənistan kimi təxribatla məşğul olan ölkələrlə əməkdaşlıq edirlər”
Regionlara səfər çərçivəsində bir sıra dövlət əhəmiyyətli məsələlərə toxunan prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti və Tovuz rayonu istiqamətindəki təxribatların nəticələrindən də danışıb.
Paşinyan hakimiyyətinin ciddi səhvlərə yol verdiyini vurğulayan ölkə başçısı Ermənistan hakimiyyətinin Soros Fondunun nəzarətində olmasına dair konkret faktlar göstərib. Dövlət başçısı həmçininin bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxunun Soros fondunun və ona yaxın təşkilatlarla əməkdaşlıq etdiyini qeyd edib. Eyni zamanda Soros Fondunun pandemiya ilə əlaqədar bu yaxınlarda Ermənistana 600 min dollar maliyyə yardımı göstərdiyini bəyan edib.
Prezidentin toxunduğu məsələni son dərəcə əhəmiyyətli hesab edən Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov “Sherg.az”a açıqlamasında Soros Fondunun dəstəyi ilə “inqilab” edib hakimiyyətə gələn Nikol Paşinyanın nə daxili, nə də xarici siyasətdə uğur qazandığını deyib. Politoloqun fikrincə, daxili problemlərdən fikri yayındırmaq məqsədiylə rəsmi İrəvan Azərbaycanla sərhəddə təxribatlara əl atır:
“Bununla da Rusiyanı bu müharibəyə çəkməklə havadarlarının, eyni zamanda planlarının həyata keçirilməsini istəyirlər. Son hadisələr də bunu göstərdi ki, Ermənistan provokasiyaları qarşısında erməni hakimiyyətinin özü ciddi şəkildə məğlub oldu. Dünya da Ermənistanın işğalçı siyasətini bir daha görmüş oldu".
Soros Fondunun dünyanın bir çox ölkələrində öz məqsədlərinə çatmaq üçün müxtəlif layihələr həyata keçirdiyini vurğulayan Z. Məmmədovun qənaətincə, bu cür təşkilatlar qeyri-demokratik və müstəqil xarici siyasət yeridə bilməyən ölkələrə müdaxilə edərək onların əli ilə öz ideayalarını gerçəkləşdirməyə çalışırlar:
“Bu baxımdan Fond tərəfindən seçilən şəxslərin Ermənistanda ən yüksək vəzifələrdə təmsil olunması təsadüfi deyil. Ermənistanın bugünkü rəhbərliyi Soros Fondunun təsiri altında olan adamlardan formalaşdırılıb. Hakimiyyətin müxtəlif qollarında mühüm vəzifələrdə işləyən insanların bir çoxu Soros Fondunun və ona yaxın təşkilatların əməkdaşları olub. Bu baxımdan Ermənistanda baş vermiş "inqilabın” Soros tərəfindən idarə edilməsi də şübhə doğurmur. Həm də ki, Soros kimi təşkilatlar yalnız öz fəaliyyət dairələrinə uyğun olaraq Ermənistan kimi təxribatla məşğul olan ölkələrlə əməkdaşlıq edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi