"Ermənistandakı repressiv proseslərə susmaq riyakarlıqdır"
Şəymən Bayramova
06:20 20.06.2020
Siyasət
836
“Bu gün açıq şəkildə Ermənistanda totalitar inqilabi diktatura qurulub”
“Niyə AŞPA hadisələrə müdaxilə edib, bəyanatlar vermir, Paşinyan hakimiyyətinə sanksiyalar tətbiq etmir?!”
“Artıq bütün dünya bilir ki, işğalçı ölkəni müxalifətdəki “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edildi. Və o, ifadə vermək üçün təhlükəsizlik qüvvələri tərəfindən istintaqa cəlb edildi. Heç şübhəsiz ki, Q.Sarukyan həbs ediləcək. Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınıb və yüzlərlə adam saxlanılıb”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Xanım millət vəkili bildirib ki, Ermənistanda polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edib:
“Bu hadisələr zamanı insanların ifadə azadlığı, sərbəst toplaşma hüququ, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması qaydaları kobud surətdə pozulub. Qərbin “önəm verdiyi” bütün bu dəyərlər ayaq altına salınıb. Amma nədənsə Qərb bu hadisələri görməzdən gəlir.
Azərbaycanda kiçik bir hadisə olan kimi bəyanat verən ABŞ Dövlət Departamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi indi özlərini elə aparırlar ki, sanki, heç nə baş verməyib. Ermənistandakı repressiv proseslərə susmaq özü riyakarlıq, ikiüzlülükdür. Vaxtilə Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə də Qərb ölkələri və beynəlxalq təşkilatlar müəmmalı susqunluq nümayiş etdirdilər”.
Bu gün açıq şəkildə Ermənistanda totalitar inqilabi diktatura qurulduğunu vurğulayan S Vəliyeva deyib ki, populist çıxışları ilə tanınan Paşinyan hakimiyyətə gəldikdən sonra “demokratiya” adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə edib və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirib:
"Belə olan vəziyyətdə Şennaklar, Sunnalar hara baxır? Niyə AŞPA hadisələrə müdaxilə edib, bəyanatlar vermir, Paşinyan hakimiyyətinə sanksiyalar tətbiq etmir? Demək ki, demokratiya deyib dünyanı istismar edən bu kimi təşkilatlar ikistandartlıdırlar, qeyri-obyektivdirlər. Azərbaycanda ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür, onların “demokratiya”sının fəlsəfəsi də budur...”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail ordusu İran ərazisindən raketlərin buraxıldığını qeydə alıb
23:35 07.06.2026
Dünya
Cəlilabad sakinini ot bağlaması yükləyən zaman ilan sancıb
23:14 07.06.2026
Hadisə
Kristian Eriksen Ukrayna ilə oyunda huşunu itirib
22:45 07.06.2026
Futbol
Tramp jurnalistə əsəbləşib, müsahibəni yarımçıq kəsdi
22:28 07.06.2026
Hadisə
Ağdaşda su kanalında kişi meyiti tapılıb
22:09 07.06.2026
Hadisə
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
21:40 07.06.2026
Gündəm
Bu, Türkiyəyə milyardlar qazandırdı - Ərdoğan
21:28 07.06.2026
Region
Millimiz Estoniyanı məğlub etdi
20:47 07.06.2026
İdman
İran istənilən hücuma cavab verəcək - Bəqai
19:56 07.06.2026
Region
Tramp: İranla saziş üçün Livan şərt deyil
19:40 07.06.2026
Dünya
Fransa Kiprdə qoşun yerləşdirəcək
19:27 07.06.2026
Dünya
Şamaxıda zəlzələ baş verdi
18:19 07.06.2026
Hadisə
İspaniyada dini ayinə bir milyondan çox insan qatıldı
17:52 07.06.2026
Dünya