Ermənistanın bircə şansı var ! – “Azərbaycan və Türkiyə ilə ortaq nöqtələr...” – Çökür !
Turan
11:39 04.01.2021
Siyasət
586
“Bu halda işğalçı ölkə düçar olduğu iqtisadi və siyasi çətinliklərin məngənəsindən yaxa qurtara bilər"
"Rəsmi İrəvan aqressiv siyasət yürütməkdən əl çəkməli, region dövlətləri ilə ədavətə son qoymalıdır"
"Ermənistanın müharibədə düçar olduğu acı məğlubiyyət, faciəvi nəticələr ən yüksək səviyyədə etiraf olunur".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Analitik bildirib ki, ağır vəziyyət o dərəcədə pik səviyyədədir ki, aydın mənzərəni görən Ermənistanın rəhbər vəzifəli şəxsləri mövcud durumu etiraf etməyə məcbur qalıblar:
"44 günlük müharibə və ağır məğlubiyyət Ermənistanda köklü sosial, iqtisadi böhrana səbəb oldu. İnsanlarda gərgin mənəvi-psixoloji durum yarandı ki, bütün bunlar da nəticə etibarilə ölkədə daxili qarşıdurmanın pik həddə çatmasına səbəb oldu.
Ermənistan "güclü ordu"su olduğunu iddia etməsinə baxmayaraq, reallıqda belə bir ordu mövcud deyil. 26 il ərzində Azərbaycanda ordu quruculuğu istiqamətində real addımlar atılıb, müasir texnologiyalar tətbiq edilib. Ermənistanda isə vəziyyət iddia edildiyi kimi deyil.
Deməli, işğalçı ölkədə dövlətçiliyin dağıdılması prosesi uzun illər ərzində gedib. Bu gün isə təkcə Ermənistan dövlətçiliyinin deyil, erməni insanının imicinə də böyük zərbə vurulub. Bütün bunları etiraf edən rəhbərlər yaranmış vəziyyətdən çıxış yolunu hökumətin istefasında görürlər".
Ermənistan rəhbərliyi hökumətlə erməni diasporu arasında divar hörüldüyünü etiraf edir:
"Erməni diasporu xalqın güzəranı və aqibəti barədə düşünmürdü. Diasporanın fəaliyyəti Ermənistan hakimiyyətinə Qərb dairələrinin diktəsi ilə siyasət yürütməsinə təsir göstərməyə fokuslanmışdı.
Əldə olunan nəticə isə göz önündədir. Ermənistanın dərin böhran içində olmasının bir göstəricisi də insanların emosional-psixoloji baxımdan çökmüş vəziyyətidir.
Minlərlə gəncin ölümü həm cəmiyyət, həm onların ailələri üçün faciədir. Koronavirusun da gətirmiş olduğu çətinliklər, həm də müharibə itkiləri səhiyyə sahəsində olan boşluqları daha da üzə çıxarıb. Demoqrafiya məsələlərində də Ermənistan uduzdu".
Ş.Həsənova bəyan edib ki, Azərbaycan təkcə döyüş meydanında və diplomatik masada deyil, eyni zamanda, informasiya və media müstəvisində də qalibdir:
"Aktiv mübarizə hələ davam edir. Ermənistanda isə qüvvələr bir-birini ittiham edir, hakimiyyət üstündə dava gedir. Ermənistan artıq aqressiv siyasət yürütməkdən əl çəkməli, region dövlətləri ilə ədavətə son qoymalıdır.
Ən əsası isə Azərbaycan və Türkiyə ilə ortaq nöqtələr tapmalıdır. Yalnız belə halda Ermənistan düçar olduğu iqtisadi və siyasi çətinliklərin məngənəsindən yaxa qurtara bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyənin müdafiə naziri Qətərə gedib
19:58 13.04.2026
Region
Ərdoğan: Ailəyə hücum milli təhlükəsizlik məsələsidir
19:53 13.04.2026
Gündəm
Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb
19:33 13.04.2026
Dünya
Rusiya TRIPP layihəsinə mane olur - Əziz Əlibəyli
19:13 13.04.2026
Gündəm
Tramp İran gəmilərini məhv edəcəyi ilə hədələyib
18:58 13.04.2026
Gündəm
Fars körfəzində 20 min dənizçi ilişib qalıb
18:45 13.04.2026
Dünya
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
18:38 13.04.2026
Gündəm
Hizbullah İsrailin şimalındakı hədəflərə zərbələr endirdi
18:31 13.04.2026
Region
Bəhreyn İraqa nota verdi
18:05 13.04.2026
Gündəm
Pezeşkian: Başqa ölkələrə qarşı heç bir iddiamız yoxdur
17:38 13.04.2026
Gündəm
Madyar: Xarici ölkələrin daxili işlərinə qarışmayacağam
17:37 13.04.2026
Dünya
Xalq artisti Maqsud Məmmədov vəfat edib
17:36 13.04.2026
Mədəniyyət
Orbanı vətənpərvər adlandırmaq gülüncdür - POLİTOLOQ
17:24 13.04.2026
Gündəm
Madyar Rusiyaya təşəkkür etdi
17:01 13.04.2026
Dünya
Ramin Nurəhmədov işdən çıxdı
16:57 13.04.2026
Cəmiyyət