Ermənistanın dirçəlməsi mümkün deyil
08:50 29.12.2020
Siyasət
749
Rusiya da borclarla bu ölkəni özündən asılı vəziyyətə salıb
“Ermənistan ağır sosial - iqtisadi böhran içindədir. Səhiyyə, koronavirus, müharibədə itkilər, onların ailələri. Onlara pensiyalar lazımdır, psixoloji yardım göstərilməlidir”.
Bu sözləri Ermənistan prezidenti Aram Sarkisyan deyib. O bildirib ki, cəbhədən qayıdan yaralılar, hərbçilərlə kim məşğul olacaq? Onlar hardan iş tapacaqlar? Biz təkcə dövlətin deyil, millətin böhranını yaşayırıq - səhiyyə, maliyyə, iqtisadi, psixoloji, humanitar və s. bütün sahələrdə böhrandır.
Mövzu ilə bağlı "Şərq"ə danışan iqtisadçı-ekspert Rauf Qarayev qeyd edib ki, Ermənistan bir toplum olaraq yalnız rusların hesabına yaşayıb. O vurğulayıb ki, ruslar İrəvan xanlığında vaxtilə onları məskunlaşdırıb: “Sonra isə ruslar Azərbaycana təzyiq etməklə ermənilərin əlini qolunu açıb. Bugünki Ermənistan da rusların təzyiqi nəticəsində mövcuddur. Məqsəddə aydındır. Region dövlətlərə təzyiq etmək. Ermənistan ərazi iddia etməklə nə qazandı? Əslində baxsaq heç nə. Nə özü yaşadı, nə başqalarına imkan vermədi. Başqaları isə ondan imtina edərək öz iqtisadiyyatlarını möhkəmləndirdi. Ermənistanın güclünün yanında olması və güclünün hesabına nəsə qazanması əslində onların adekvat olmamağından, xəstə düşüncəyə sahib olmasından xəbər verir”.
Ekspert əlavə edib ki, Ermənistan SSR-dən ayrılaraq, müstəqil ölkə kimi fəaliyyət göstərsə də, bu gün iqtisadiyyatı iflic günündədir:
“Gəlin bu məsələyə daha geniş rakursdan baxaq. İqtisadiyyatın iflic gündə olmasının səbəbi təbii ki, ərazi iddiasıdır. Ermənistan Azərbaycanla neçə ildir müharibə şəraitindədir. Bu baxımdan da, onların iqtisadiyyatı da, durğun vəziyyətdədir. Qərb tərəfdən Azərbaycana görə Türkiyə sərhədi bağlayıb. Şimal tərəfdən Gürcüstana qarşı ərazi iddiası var. Yalnız cənub tərəfdən İranla əlaqə qura bilib. Bu isə onun iqtisadiyyatının dirçəlməyi üçün kifayət etmir. Rusiyanın isə Ermənistanda öz maraqları var. Məsələn, qazı ucuz verir əvəzində müəyyən və daha rentabelli şirkətlərini Ermənistandan alır. Silahı isə, pulsuz deyillər verilir. Buna tam inanmıram. Səbəb isə ortaya kredit məsələsi də çıxmasıdır. Rus heç vaxt, heç kəsə pulsuz nəsə vermir. Kredit məsələsi ilə o Ermənistanı özündən asılı vəziyyətə salıb. Həmçinin Ermənistan Azərbaycanla müharibə etməklə enerji tranzit gəlirindən məhrum oldu. Hansı ki, ildə Gürcüstan tranzit xəttindən ehtimallara görə 150 milyon dollar vəsait qazanırdı”.
Ekspert qeyd edib ki, Ermənistanın indiyə qədər heç bir rəhbər ölkənin iqtisadiyyatını dirçəldə bilməyib:
“Səbəb korrupsiya faktıdır. Rəhbərliyə gələn prezidentlər yalnız öz ciblərin və yaxınlarını düşünüblər. Nəticədə korrupsiya halı bütün ölkəni bürüyüb. Hər bir kiçik məmur belə yalnız rüşvət yığmaq haqqında düşünüb. Təsadüfi deyil ki, Naxçıvana əsir düşən bir kəndli fermer adi bir kənd polisindən şikayətlənərək deyirdi ki, polis mənə deyir hər ay bu qədər vəsait verməsən, səni şərləyərək həbs etdirəcəyəm. Orduda kütləvi korrupsiya halları da, iqtisadiyyatın çökməsinə zəmin yaratmışdır. Korrupsiya, işsizliyik səviyyəsini artımı nəticəsində Ermənistandan kütləvi şəkildə əhalinin digər ölkələrə köçməsi baş vermişdir. Ermənilər qeyd edildiyi kimi torpaqa bağlı millət deyillər. Köçəri millət olduğunu desək daha doğru olar. İsrail politoloqu Kedmi qeyd edirdi ki, İsrail müstəqillik üçün uzun illər ərəblərlə mübarizə aparıb. Nəticədə özünə bir ölkə qurub. Qurduqdan sonra dünyada yaşayan yəhudilərə çağırış etdi ki, gəlin burada yaşayın. Yəhudilərin çox hissəsi geri döndü. Erməni də isə bu hissiyat yoxdur. Əksinə onlar digər ölkələrdə özlərini daha rahat hiss edirlər. Torpaq eşqi olmayandan sonra, iqtisadiyyatın dirçəlməyindən, dövlətin daha da, möhkəmlənməyindən danışmaq yersizdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya