Ermənistanın və separatçı rejimin Avropadakı fəaliyyətinə ciddi zərbə... - Fakt
Şəymən Bayramova
08:24 25.05.2020
Siyasət
1063
Almaniyada rəsmi qeydiyatı olan “European Center for Arzakh Studies”-nin fəaliyyəti qadağan edilib
“İğal altında olan ərazilərimizə turizm və mədəni əlaqələrin təşviq adı altında qondarma rejimin ictimai lobbiçiliyi həyata keçirilirmiş”
Almaniyada qeyri-qanuni qurumun siyasi reklamını həyata keçirən müxtəlif resursların fəaliyyəti qadağan edilib.
Bu qərarın işğalçı Ermənistanın və separatçı qurumun Avropadakı fəaliyyətinə ciddi zərbə vurduğunu deyən politoloq
Yeganə Hacıyeva sözügedən qurumla bağlı “Sherg.az”a maraqlı foto- fakt təqdim edib.
Sözügedən şəkili 2018 ci ildə Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu İllik konfransında çəkdiyini xatırladan Y. Hacıyeva deyib ki, şəkili çəkməkdə məqsədi özündən sağda başını aşağı salıb üzünü gizlətməyə çalışan adamın üzünü çəkmək olub: "ATƏT DTİHB-in konfransında iki ( hökümət nümayəndəsi və qht rəhbəri kimi) vəsiqəsi olan, zalda Almaniyada rəsmi qeydiyatı olan “European Center for Arzakh Studies" qeyri-hökumət təşkilatının rəhbəri kimi çıxış edən, kuluarlarda Ermənistan hökumət nümayəndəsi badjini gəzdirən bu şəxs şəkilini çəkdiyimə görə məni konfransın təhlükəsizliyi staffına şikayət etmişdi.
Təhlükəsizlik rəisi yaxınlaşıb fotonu silməyi xahiş etdi, mən də onların yanında sildim, lakin sonra bərpa etdim.
Bir gün öncə bu şəxsin “Arsax”ın müstəqil olması, Dağlıq Qarabağın ermənistan ordusu tərəfindən işğal deyil, arsax erməni milli azadlıq hərəkatının hərbi qüvvələri tərəfindən “azad” edilməsi, Azərbaycanın Dağlıq Qarabağı "blokadaya alması" , orda yaşayanların "insan haqqlarının pozulması" , beynəlxalq təşkilatların Azərbaycanın maliyyəsi önündə buna göz yumması və s.kimi absurd dolu iki nağıl çıxışı olub. Hansı ki o ilk dəfə diqqətimi məhz çıxışlarını Paşinyan hökumətinin israr etdiyi absurdlar üzərindən qurmasına görə çəkmişdi.
Sonra, çıxış üçün qeydiyyat sırasında apardığı təbliğatdan mənə aydın oldu ki, adam işğal altında olan ərazilərə turizm və mədəni əlaqələrin təşviq adı altında qondarma rejimin ictimai lobbiçiliyini aparmaq üçün Ermənistan xüsusi xidmət orqanlarının Avropaya miqrant qismində yerləşdirdiyi “legioner”lərdən biridir. Almaniyaya yerləşən bu legioner-miqrant isə konfransda missiyasına uyğun qondarma quruma daha çox xarici qonaq qismində rəsmi şəxs cəlb etməklə məşğuldur.
Bu günlərdə isə Almaniya hökümətinin “European Center for Arzakh Studies”-n rəsmi qeydiyyatını ləğv etdiyini öyrəndim. Çox xoşbəxtəm, çünki belə kiçik qələbələr bizi böyük qələbəmizə yaxınlaşdırır...".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya