“Əsas odur ki, dövlətə, dövlətçiliyə müxalif olmayasan” - Açıqlama
Banuçiçək Kalbalıyeva
11:56 16.04.2020
Siyasət
835
“Hər kəs dövlətçilik üçün çalışmalıdır. Xarici qüvvələrin maraqları ilə hərəkət etmək olmaz"
Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş video- müşavirədə bir sıra məsələlər müzakirə edildi. Əsas məqamlardan biri də parlament seçkilərinin nəticələri idi. Ölkə başçısı bildirdi ki, parlament seçkiləri bir daha xalqımızın iradəsini ifadə etdi:
“Seçkilər bir daha göstərdi ki, aparılan siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir. Parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addımdır. Tarixdə ilk dəfə olaraq müxalifət nümayəndəsi Milli Məclisin sədrinin müavini vəzifəsinə seçildi. Tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər. Bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması, siyasi sistemin yeni konfiqurasiyasına yol açan addımlardır".
Dövlət başçısının bu nitqi haqqında "Sherg.az"a danışan hüquq müdafiəçisi Əliməmməd Nuriyev gələcəkdə siyasi plüralizmin daha da dərinləşəcəyinə inamını ifadə etdi:
"Bütün təbəqələrin dövlətin siyasi həyatında iştirak etməsi çox yaxşı haldır. Çünki siyasətdə düşmənlik olmur, rəqabət olur. Rəqabət isə inkişafa yol açır. Həm də dövlət başçısının vurğuladığı kimi, iqtidara da, müxalifətə də əks mövqedə dayanmaq olar. Əsas odur ki, dövlətə, dövlətçiliyə müxalif olmayasan. Müxalifət lazımdır. Çünki bəzən iqtidarın görmədiklərini onlar görür. Amma siyasi mövqeyindən asılı olmayaraq hər kəs dövlətçilik üçün çalışmalıdır. Xarici qüvvələrin maraqları ilə hərəkət etmək olmaz. ".
Ə. Nuriyevin fikrincə, sonuncu parlament seçkilərindən sonra Azərbaycan siyasi həyatında yeni konfiqurasiyanın əsası qoyulacaq:
"Artıq siyasi plüralizm daha da inkişaf edəcək, çiçəklənəcək. Bu, belə də olmalıdır. Çünki Azərbaycan hüquqi- demokratik dövlətdir. Gələcəkdə biz iqtidar- müxalifət münasibətlərinin daha konstruktiv formada inkişafının şahidi olacağıq. Ümumiyyətlə, ölkəmizdə siyasi və iqtisadi islahatların paralel aparılması olduqca müsbət haldır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yayda isti çay içməyin faydaları
04:30 02.08.2026
Sağlamlıq
Alman həkimlərindən YÜKSƏK TƏZYİQİ salmaq üçün ən sadə üsul
03:28 02.08.2026
Sağlamlıq
ABŞ-də nadir və müalicəsi olmayan virus aşkarlanıb
03:28 02.08.2026
Sağlamlıq
Əminə Ərdoğan Dünya Ana Südü Həftəsi ilə bağlı paylaşım edib
02:21 02.08.2026
Cəmiyyət
ABŞ-də F-35B döyüş təyyarəsi qəzaya uğrayıb
02:15 02.08.2026
Dünya
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə