
Firudin Sinirlioğlu da turist kimi gəldi, geri qayıtdı - ŞƏRH
Yusif Nəzərli
08:34 24.04.2025
Siyasət
414
ATƏT-in baş katibinin Cənubi Qafqaza, daha doğrusu, Ermənistan və Gürcüstana səfəri ciddi əhəmiyyət daşımır
Gürcüstanda səfərdə olan ATƏT Baş katibi Firudin Sinirlioğlu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb. Görüş zamanı ATƏT-lə əməkdaşlıq, regionda cari vəziyyət və Gürcüstanın üzləşdiyi çağırışlar müzakirə edilib. Tərəflər Gürcüstanın işğal altındakı ərazilərindəki vəziyyətə də diqqət yetirildiyini qeyd edib. Gürcüstanın hökumət administrasiyasında baş tutan görüşdə Cənubi Qafqazda sülh və sabitliyin önəminə və Gürcüstanın bu istiqamətdəki səylərinə də diqqət yetirilib.
ATƏT-in Avropanın təhlükəsizlik arxitekturasında əsas dialoq platforması olaraq qaldığı vurğulanıb. Məlumat üçün bildirək ki, ATƏT-in baş katibi, türkiyəli diplomat Firudin Sinirlioğlu Ermənistana səfəri çərçivəsində Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla da görüşüb. Deyilənə görə, səfərin gündəliyindəki əsas mövzulardan biri ATƏT-in Minsk qrupunun fəaliyyəti və onun tamamilə ləğv olunması məsələsi olub. Erməni tərəfi Sinirlioğlu ilə görüşdə guya sülh müqaviləsi ilə paralel olaraq Minsk qrupunun ləğvi üçün ortaq bəyanat təqdim etməyə hazır olduğunu bildirib. Məlum olduğu kimi, bu məsələ Azərbaycan tərəfindən Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri kimi irəli sürülür. Azərbaycanın Minsk qrupunun ləğvini tələb etməsi sadəcə siyasi yox, həm də hüquqi və mənəvi əsaslara dayanır. Bu qrup 30 ilə yaxın bir müddətdə Qarabağ münaqişəsinin həlli ilə məşğul olduğunu iddia etsə də, real nəticələr əldə olunmadı. Əksinə, Ermənistanın işğalçılıq siyasətinə və faktiki status-kvonun möhkəmlənməsinə şərait yaratdı. Bu gün Minsk qrupunu yaşatmaq cəhdləri, əslində, Ermənistanın münaqişəni yenidən gündəmə gətirmək cəhdidir.

Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında deyib ki, hazırda ATƏT-in və ATƏT kimi qurumların fəaliyyətini müəyyən etmək bir qədər çətindir. Ekspert vurğulayıb ki, dünya böyük sürətlə dəyişir:
"Qloballaşma prosesi artıq arxa plana keçməkdədir. Dünyada yeni şərtlər, yeni qaydalar müəyyən olunmağa başlayıb. ATƏT, yaxud ona bənzər uydurma qurumların heç kimə faydası olmayıb. Mövcudluqları dövründə hansısa problemi həll etməyiblər, heç bir fayda verməyiblər. Belə qurumların zamanı artıq keçməkdədir. ATƏT də görüntü yaratmağa çalışır ki, belə bir qurum mövcuddur, regiona səfər edir, Ermənistan və Gürcüstanda görüşlər keçirir və s. Böyük ehtimalla ATƏT-in özündə də bilirlər ki, artıq belə görüşlərin, səfərlərin əhəmiyyəti qalmayıb. Baş katibin Azərbaycana səfəri ilə bağlı hər hansı məlumat yoxdur. Çünki rəsmi Bakı ATƏT-in fəaliyyətində maraqlı deyil. Gözləntimiz sadəcə odur ki, Minsk qrupu ləğv olunsun, qurumun mövcudluğu de-yure dayandırılsın. ATƏT müzakirə klubundan başqa bir şey deyil".
Siyasi şərhçinin fikrincə, bu qurumun hansısa qərar qəbul edib, onun icrasına nail olmaq üçün mexanizmi yoxdur:
"Qərbin maraqlarına zidd mövqe tutan dövlətlərə qarşı qınama, ittiham və qərəzli açıqlamalar verməkdən, mənasız qətnamələr qəbul etməkdən başqa iş görməyib. Avropa Birliyi kimi bir qurumun təsir imkanları məhdudlaşdığı dövrdə ATƏT-in Cənubi Qafqaza təsir göstərəcəyi qeyri-realdır. Bu baxımdan ATƏT-in baş katibinin Cənubi Qafqaza, daha doğrusu, Ermənistan və Gürcüstana səfəri ciddi əhəmiyyət daşımır. Sadəcə, növbətçi bir səfərdir, turist səfəri kimi bir şeydir. Gəlirlər, müzakirə edirlər, geri qayıdırlar. Bununla ATƏT-in müzakirə klubu olduğunu növbəti dəfə təsdiqləmiş olurlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya
Ermənistan Aİ-yə üzv ola bilməyəcəyini anlayıb - ŞƏRH
16:36 07.08.2026
Gündəm
Şimali Kipr və Kipr liderlərinin görüş vaxtı müəyyənləşdi
16:15 07.08.2026
Gündəm
Dünyada ətin qiyməti azalıb
15:41 07.08.2026
İqtisadiyyat
Rusiyada Azərbaycan əsilli MMA döyüşçüsünə hökm oxundu
15:34 07.08.2026
Hadisə
Ukrayna dəniz dronları Yaltadakı limana hücum edib
15:13 07.08.2026
Dünya
Tramp: İran razılaşma əldə etmək istəyir
14:28 07.08.2026
Gündəm
Jurnalist vəsiqəsi üçün 20 manatlıq rüsum ləğv edildi
14:24 07.08.2026
Media
Xameneinin səhhəti kəskin pisləşdi - Hər an ölə bilər
14:21 07.08.2026
Dünya
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
13:40 07.08.2026
Gündəm