Fransa Azərbaycana “barışıq əli” uzadır ? – AKTUAL ŞƏRH
10:51 27.01.2021
Siyasət
709
“Əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir”
“Bu ölkədə erməni lobbisinə qarşı dura biləcək ciddi diaspor hərəkatı formalaşdırmalıyıq"
“Fransadakı ictimai rəydə Azərbaycan və Türkiyəni dəstəkləyəcək çox sayda ziyalı var”
Yanvarın 26-da isə Azərbayanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüş çərçivəsində Jan-Batist Lömuən çıxış edib. Fransa və Azərbaycan arasında ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edəcəyini bildirib. Azərbaycan və Fransa prezidentləri arasında mütəmadi telefon danışığı baş tutduğunu xatırladan dövlət katibi vurğulayıb ki, son telefon danışığı yanvar ayında olub:
"Bütün bunlar əlaqələrin möhkəmlənməsinə təkan verəcək. Bu istiqamətdə mənim ilk səfərim idi. Bundan sonra da belə səfərlər davam edəcək. Fransa hökuməti də bu müddət ərzində, müharibə dönəmində müəyyən mürəkkəb vəziyyətdə olub. Lakin hər dəfə Fransa hökuməti beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib".
Bəzi ekspertlər Fransa rəsmisinin bu çıxışını rəsmi Paris rəsmi bakıya “barışıq əli” uzadır kimi şərh edir.
Maraqlıdır, doğrudanmı Fransa bundan sonra Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, beynəlxalq hüquqa söykənən real münasibətlər qurmaqda maraqlı olacaq?
Sualımızı cavablandıran politoloq Azər Rəşidoğlu “Sherg.az”a bildirib ki, artıq savaş başa çatıb, Avropanın ən aparıcı ölkələrindən olan Fransa ilə Azərbaycan münasibətləri normallaşdırılmalıdır:
“Qarabağ münaqişəsinə baxış prizmasından yanaşsaq, bir çox ölkələr Ermənistanın tərəfində idilər. Rusiya, İran açıq , ABŞ isə mənəvi, siyasi və hüquqi dəstək verir. Bu o mənaya gəlmir ki, Azərbaycan bütün dünya ilə düşmən olmalıdır.
Onlara qarşı çıxmaqla yanaşı, eyni zamanda həmin ölkələrin mövqelərinə müəyyən qədər təsir edib lehimizə dəyişməyə cəhd edirik, diplomatiyanın da əsas fəaliyyəti budur.
Çünki Cənubi Qafqazın önəmli oyunçusu olan Fransa Azərbaycan əleyhinə bəyanatlar versə də, münasibətləri normallaşdırmaq istəyir. Fransa ilə əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir.
Bu ölkədə erməni lobbisinə qarşı dura biləcək ciddi diaspor hərəkatı formalaşdırmalıyıq. Bu məsələdə Türkiyə də Azərbaycana kömək edə bilər. Fransa demokratik ölkədir, oradakı ictimai rəydə Azərbaycan və Türkiyəni dəstəkləyəcək çox sayda ziyalı var. Bu baxımdan Fransa ilə Azərbaycanın yaxınlaşmasını təqdirəlayiq addım kimi qiymətləndirirəm.
Məncə, Rusiya və İran istisna olmaqla, digər ölkələrlə də bu fəaliyyət gücləndirilməlidir. İranda onsuz da milyonlarla azərbaycanlı yaşayır, hansısa təşkilata ehtiyac yoxdur. Azərbaycanın Rusiyadan istəyi odur ki, Ermənistana silah verməsin.
Əgər bu addımdan əl çəksələr, onlarla da əməkdaşlığa gedə bilərik. Bütün ölkələrlə xoş münasibət qurmağa məcburuq. Həmin ölkələrin ictimai rəyini öz xeyrimizə dəyişməkdə fəallığımızı artırmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya
Azərbaycanda bu kəndlərin adları DƏYİŞDİRİLİR
18:08 06.05.2026
Ölkə