Fransa haqsız mövqeyinin fərqindədir
Turan
12:21 23.01.2021
Siyasət
924
"Ümid edirik, rəsmi Paris əməkdaşlıq niyyətində səmimi olacaq"
Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla Fransanın XİN rəhbəri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub. Nazirlər bölgədəki son vəziyyət, o cümlədən Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti də müzakirə predmeti olub və bu sahədə dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də gündəmə gətirilib. Sirr deyil ki, 44 günlük Vətən müharibəsində ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa açıq şəkildə işğalçı Ermənistanın tərəfində dayanıb. Hər durumda Yerevanı müdafiə edən Fransa rəhbərliyi öz torpaqlarını düşmən təcavüzündən azad edən Azərbaycan Ordusunu əsassız olaraq “işğalçı” kimi qələmə verməyə çalışıb.
Müharibə boyu rəsmi Paris Azərbaycan və Türkiyə əleyhinə Avropa ölkələrindən ibarət koalisiya yaratmağa cəhd göstərib. Şəxsən, Prezident Emanuel Makron həmsədr ölkənin başçısına yaraşmayan açıqlamalar verərək, ölkəmizdə narazılığa səbəb olan mövqe sərgiləyib. Lakin Azərbaycanın böyük zəfərindən və regionda reallıqlar dəyişəndən sonra Fransa hökuməti də mövqeyini dəyişmək qərarına gəlib. Bir müddət əvvəl həm Makron, həm də Fransanın Azərbaycandakı səfiri öz açıqlamalarında rəsmi Bakı və Ankara ilə münasibətləri normallaşdırmaqda maraqlı olduqlarını bəyan ediblər. Nazirlər arasında baş tutan telefon danışığı da göstərir ki, Fransa Azərbaycanla yaxınlaşma siyasətinə yönəlib. Əlbəttə, rəsmi Parisin əlaqələri düzəltməkdə nə dərəcə səmimi olduğunu zaman göstərəcək.
Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Şərq”ə deyib ki, Azərbaycan bütün ölkələrlə ikili əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə bəyan edib. Deputatın sözlərinə görə, rəsmi Bakı əsaslı səbəb olmadan heç bir dövlətin siyasətini tənqid etmir:
“Həmişə Avropa dövlətləri ilə xoş münasibətin, dostluq əlaqələrinin inkişafını istəmişik. Əfsuslar olsun ki, bəzən münasibətimizə adekvat cavab almamışıq. Təbii olaraq, ilk növbədə ölkəmizin maraqları naminə, suverenliyimizin müdafiəsi istiqamətində addımlar atmalıyıq. Şübhə olmasın ki, bundan sonrakı qərarlarımızı da bu çərçivədə verəcəyik. Fransa işğalçı Ermənistana arxa çıxmaqla münasibətləri özü korlayıb.
Ancaq rəsmi Bakı bütün ölkələrlə normal münasibət qurmağa hazırdır. Nəinki Fransa, hətta uzun illər onların müdafiə etdiyi Ermənistanı belə müəyyən olunmuş şərtlər fonunda əməkdaşlığa dəvət edirik. Baxmayaraq ki, Ermənistan hərbi cinayətlər törədib, ərazimizi işğalda saxlayıb, amma əvvəl-axır qonşu ölkələr arasında əlaqələr formalaşmalıdır.
Hər halda Fransa Ermənistan olmadığı üçün bu Avropa ölkəsi ilə əməkdaşlığı davam etdirmək lazımdır. Görünən odur ki, nəhayət, Fransa rəhbərliyi haqsız mövqelərinin fərqinə varır. Ümid edirik, rəsmi Paris əməkdaşlıq niyyətində səmimi olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya