« ...Fransa həmsədrlik fəaliyyətini dayandırmalıdır» - ŞƏRH
12:50 17.11.2020
Siyasət
612
"Paris meriyasının qondarma Dağlıq Qarabağı tanıması qanunlara ziddir"
«Bu ölkə həmsədr vəzifəsini yerinə yetirmək istəyirsə, həmin niyyətlərindən əl çəkməlidir»
Paris meriyası qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşır. Separatçı qurumun tanınması təşəbbüsünün Fransa paytaxtının meri Enn İdalqodan gəldiyi qeyd olunur. Ermənilərə yaxınlığı ilə tanınan E.İdalqonun bundan əvvəl də həm Ermənistanı, həm də separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən təşəbbüsləri olub, marafonlar təşkil edib.
Əlbəttə, bu Fransanın növbəti qərəzinin bariz nümunəsidir. Azərbaycan artıq cəbhədə qələbə qazanıb. Rayonlarımızın bir neçəsi – Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı, Şuşa və bir neçə qəsəbə və mühüm strateji yüksəklik Ordumuzun rəşadəti sayəsində azad edildi. Ordumuzun gücü və qüdrətini görən işğalçı Ermənistan kapitulyasiya sənədini imzalamağa məcbur qaldı. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan sənədə əsasən düşmən dekabrın 1-nə qədər digər ərzilərimizi boşaltmalıdır. Ölkə başçısı cənab İlham Əliyev dünən Cəbrayıl və Füzuliyə səfəri zamanı ölkəmizin bu qələbəsindən danışıb. Ali Baş Komandan qeyd edib: “Heç bir status haqqında söhbət gedə bilməz, vahid Azərbaycan var”. Buna rəğmən Fransa yenə də öz məkrli oyunlarından əl çəkmək istəmir. Amma olsun. Yel qayadan nə apara bilər ki? ! Əlbəttə, heç nə. Azərbaycan artıq qələbəsini təmin edib. Atalar yaxşı deyib: "Daldan atılan daş topuğa dəyər". Qoy onlar daş atıb özlərini yormaqla məşğul olsunlar. Biz isə azad olunan ərazilərimizi inkişaf etdirməklə…
Vəziyyəti “Sherg.az”a şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, bu nə beynəlxalq qanunlara , nə də Fransanın qanunlarına uyğundur:
“Boş yerə vaxtlarını sərf edirlər. Yeri gəlmişkən, səhv etmirəmsə, iki il bundan əvvəl Fransanın bir neçə meri ona oxşar qərar qəbul etmişdilər. Sonra Fransa məhkəməsi bu qərarları ləğv edib.
Rəsmi Parisin münasibətinə gəlincə isə bu, bizim üçün yeni bir şey deyil. Sadəcə olaraq onu demək lazımdır ki, Fransa bu istiqamətdə hərəkətlərini davam etdirsə, ümumiyyətlə, Minks Qrupu çərçivəsində fəaliyyətini dayandırmalıdır. Çünki onlar açıq-aşkar qərəzli mövqe tutur. Həmsədr vəzifəsini yerinə yetirmək istəyirsə, həmin niyyətlərindən əl çəkməlidir.
Həmsədr funksiyaları, prinsipləri bəllidir. Orada göstərilir ki, prinsiplərin ən alisi ondan ibarətdir ki, həmsədr qərəzsiz olmalıdır. Lakin yenə də Fransa qərəzli mövqedən çıxışını davam etdirərsə, onların fəliyyətinə xitam verilməlidir".
Sücayət Mehtili
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou