Fransa müsəlman aləmini çilədən çıxarmaq istəyir
Fidan Həmişəyeva
07:47 29.10.2020
Siyasət
1092
Makronun planlı təxribatlarına plansız etiraz edilməməlidir
“Fransada dərc edilən “Charlie Hebdo” junalında Məhəmməd peyğəmbərin karikaturasının dərci müsəlman ölkələrində böyük səs-küyə səbəb olub. Aydın məsələdir ki, islamofob jurnalda peyğəmbərimizi hədəf alan karikaturanın verilməsi Fransanın müsəlman ölkələrinə olan münasibətini əks etdirir.
Sözügedən nəşrlə bağlı iranlılar bütün müsəlmanları Fransa Prezidenti Emmanuel Makron başda olmaqla Fransa rəsmilərinə qarşı birləşməyə çağırıblar. Fransa prezidentinin davranışı islam dövlətlərində ciddi reaksiya və nümayişlərə səbəb olub.
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu da “Charlie Hebdo”da yayımlanan çirkin karikaturadan sonra Fransa ilə yaşanan böhranla bağlı açıqlamalar verib. Türkiyəli nazir ölkənin Fransadakı səfirini geri çağırıb-çağırmayacağı ilə bağlı danışıb: “Bu gün Jak Şirakın 2006-cı ildəki sözləri ilə cavab verdik. Ölkə daxilində araşdırma başladılıb. İstər Fransada, istərsə də beynəlxalq səviyyədə həm hüquqi, həm diplomatik prosesi izləyirik. Parisdəki səfirin geri çağırılacağı bir vəziyyət yoxdur, telefonla əlaqə saxlayırıq”.
Mövlud Çavuşoğlu “Twitter” hesabından “Bir zamanlar Fransa” qeydi ilə Fransanın keçmiş prezidenti Jak Şirakın 8 Fevral 2006-cı ildə Məhəmməd peyğəmbərin karikaturasının yayılmasına münasibətini paylaşıb.
Sözügedən paylaşımda aşağıdakı ifadələr var:
“Karikaturalar və müsəlman dünyasındakı reaksiyalarla əlaqəli olaraq, ifadə azadlığının dövlətin təməllərindən biri olması ilə yanaşı, eyni zamanda tolerantlıq və bütün inanclara hörmət dəyərlərinə əsaslandığını xatırladıram. Başqalarının inanclarına və xüsusilə dini inanclarına xələl gətirən hər şeydən çəkinmək lazımdır. İfadə azadlığı məsuliyyət ruhunda istifadə edilməlidir. Təhlükəli şəkildə alovlana biləcək bütün açıq təxribatları qınayıram”.
Baş verənləri “Sherg.az”a şərh edən ilahiyyatçı Elşad Miri hesab edir ki, Fransanın belə mövqe sərgiləməsinin arxa planları var.
Onun sözlərinə görə, məlumdur ki, bu gün Qarabağ müharibəsində Azərbaycanı müdafiə edən ölkələrin başında məhz Türkiyə gəlir: “Fransa Prezidenti Emmanuel Makronun da Türkiyəyə münasibəti bəllidir. Fransa hökuməti illərdir sınaqdan çıxarılmış, insanlar arasında ajiotaj və xaos yarada biləcək bir məsələləri yaxşı bilir. Bu da Məhəmməd peyğəmbərin karikaturasını çəkib gündəmə gətirməkdir. Fransa belə etməklə müsəlmanların gündəmini dəyişib onları məşğul etmək və fikirlərini dağıtmaqdır”.
E.Mirinin fikrincə, məsələyə fərqli yanaşmaq lazımdır:
“Sabah mənim atamın da karikaturasını çəkə bilərlər. Nə qədər reaksiya verəcəyiksə, sabahısı gün daha da fərqli formada işlər görəcəklər. Bu gün Fransada karikatura çəkilibsə, sabah İngiltərədə, Ermənistanda və s. yerlərdə əməllərinə davam edəcəklər. Yəni bunun qarşısını almaq mümkün olmayacaq. Fransa sadəcə olaraq müsəlmanların inkişaf etməsinə şərait yaratmaq istəmir.
Çalışırlar ki, müsəlmanları barbar göstərsinlər. Ona görə bu məsələyə belə ad qoyardım: Planlı provakasiyaya plansız etiraz edilməməlidir. Yəni, fransızların bu əməllərinə planlı şəkildə addım atmaq lazımdır.
Məhəmməd peyğəmbərin karikaturasını çəkib təhqirə yol verirlərsə, sabah biz də peyğəmbərimizin kimliyi ilə bağlı maarifləndirici faktları deməliyik. İşimizi əsasən bunun üzərində qurmalıyıq.
Əks halda onlar sui-istifadə edəcəklər, gedib başqa ölkələrdə də istədiklərinə nail olacaqlar. Ona görə də müsəlmanlar peyğəmbərimizin gətirib ortaya qoyduğu “Quran”ı düzgün şəkildə anlayaraq, addım atmalıdırlar.
Yoxsa çıxıb mitinq etmək, qışqırmaq, onlara fərqli formada cavab verməyə dəyməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə