“Fransa Senatının qərarı müharibəyə çağırışdır” - Beynəlxalq hüquqa ziddir !
Fidan Həmişəyeva
10:21 26.11.2020
Siyasət
865
“Bu qərarın arxasında korrupsiyaya uğramış siyasətçilərin oyunları, zəngin erməni diasporu ilə əlaqələr dayanır”
“Bu qərarın hər hansı bir hüquqi əsası yoxdur”
“Bütün bunlar dünyada bəyan edilən dəyərlərə və beynəlxalq təşkilatların təməl sənədlərinə zidd olan qərardır”
Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamə layihəsi qəbul edilib. Noyabrın əvvəlində Fransanın 42 tanınmış xadimi - yazıçılar, jurnalistlər və s. prezident Emmanüel Makrona birgə məktub yazaraq "Qarabağ ermənilərini müdafiə etməyə" çağırıblar. Dünyada ikili standartlarla, eyni hadisəyə fərqli yanaşma ilə ədalət təmin edilə bilməz. Fransanın yanlış yanaşmalarının nəticəsi olaraq Avropa İttifaqı bu gün bir xristian klubu kimi qəbul olunmaqdadır.
Məlum olduğu kimi, 10 noyabr 2020-ci ildə münaqişə tərəflərinin və Rusiya prezidentinin imzaladığı Bəyanata uyğun olaraq Azərbaycan işğal altında olan ərazilərini azad edir . Bununla da Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyulur. Lakin Fransanın münaqişə bölgəsindəki yeni vəziyyətə müdaxilə etməsi bölgədə sülhün bərqərar edilməsinə yox, münaqişənin yenidən qızışdırılmasına xidmət edir. Fransa Senatında qəbul olunmuş qərar məhz belə bir kobud müdaxilədir .
Millət vəkili Asim Mollazadə “Sherg.az”a açıqlamasında bildirib ki, Fransa senatının qəbul etdiyi qərarın hər hansı bir hüquqi əsası yoxdur. Parlament üzvü qeyd edib ki, bu qərarın arxasında korrupsiyaya uğramış siyasətçilərin oyunları, zəngin erməni diasporu ilə əlaqələr dayanır:
“Bütün dünya Minsk qrupunun fəaliyyətinin nə üçün nəticəsiz olduğunu bildi. Fransanın mövqeyi münaqişənin həllinə mane olurdu. Müzəffər Azərbaycan Ordusu Minsk qrupu və BMT-nin bütün qətnamələrini icra etdi. Fransanın bu prosesə hansısa formada qatılmağına ehtiyac görmürük”.
A.Mollazadənin qənaətincə, Fransa Senatının qəbul etdiyi qərar müharibəyə çağırışdır:
“Düşünürəm ki, bütün dünya beynəlxalq hüquq normalarının kobud surətdə pozulduğunu anlayacaq. Fransa yenidən imperiya təfəkkürünə gələrək, hansısa proseslərdə yeni müharibəni yaratmağa çalışır.
Sanki Afrikada, Vyetnamda törədilən hərbi cinayətlər senatorlar üçün yetərli deyil. Onlar indi özlərindən uzaq olan Cənubi Qafqazda da yeni müharibə istəyirlər. Bütün bunlar dünyada bəyan edilən dəyərlərə və beynəlxalq təşkilatların təməl sənədlərinə zidd olan qərardır.
Bu sənəd hətta Fransanın BMT-də, Avropa Parlamentində dəfələrlə qəbul etdiyi qətnamələrə ziddir. Fikrimcə, Fransanın Minsk qrupunda iştirakına son qoymalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region