Fransanın “demokratiya maskası” yırtıldı: “Dünyaya real üzünü göstərdi”
Fidan Həmişəyeva
13:12 11.11.2020
Siyasət
772
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransa rəsmilərinə sərt reaksiya verib. H.Hacıyev mətbuata açıqlamasında söyləyib ki, Fransanın rəsmi şəxsləri tərəfindən ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın mandatına zidd olaraq birtərəfli, qərəzli və qeyri-obyektiv bəyanatlar səsləndirilməkdədir.
“Mandatına uyğun olaraq Fransa neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür”.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatının qəbul edilməsində Fransanın hər hansı rolu olmayıb:
“Yəqin ki, Fransa Rusiyanın bu məsələdə rolundan qısqanclıq keçirir. Ermənistan baş nazirinin bu sənədi imzalaması artıq hər şeyi deyir. İndi Fransa ermənilərdən daha çox erməni olmağa cəhd göstərir. ATƏT-in Minsk Qrupunun həmsədrləri adından danışmaq üçün Fransanın səlahiyyəti yoxdur”.
Baş verənlərlə bağlı “Sherg.az”a danışan millət vəkili Asim Mollazadənin qənaətincə, Fransa XİN başçısının bəyanatı göstərir ki, rəsmi Paris Minsk qurupunun həmsədri olaraq status-kvonun saxlanılmasına və Ermənistanın işğal edilmiş ərazilərimizdən çıxmamasına çalışıb:
“Fransa XİN başçısının son bəyanatı da bütün məqamları təsdiqləyir. Ona görə də Minsk Qrupunun funksiyalarını öz üzərinə götürən Azərbaycan Silahlı Qüvvələri və Ali baş komandanın rəhbərliyi ilə sülhməramlı missiyası artıq icra edildi.
BMT-nin qətnamələrinin icrasını da həyata keçirən məhz Azərbaycan Ordusu oldu. Fransa isə səmimi deyildi, ikili oyunlar oynayırdı və əsas məqsədi münaqişəni dondurmaqdan ibarət idi.
Nəhayət, Fransa xarici işlər nazirinin son açıqlaması onların sülhməramlı maskalarını çıxartdı və dünyaya real üzlərini göstərdi”.
Parlament üzvü qeyd edib ki, Fransa prezidentinin yürütdüyü siyasət dünyada ciddi narahatlıq doğurur:
“Artıq Fransa antiislam, antisemitizm istiqamətində faəliyyətini artırmaqdadır. Bu, çox narahatlıq doğurur. Çünki təhlükəli proseslər gedir və Fransa Avropanın bəyan etdiyi dəyərləri parçalayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat