Fransız səfirin "binokl diplomatiyası" siyasi şoudur - ŞƏRH
Yusif Nəzərli
04:29 10.12.2024
Siyasət
553
Bu hadisələr sadəcə olaraq Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə, bölgədə sabitliyin yaranmasına ziyan vurur
Fransanın Ermənistandakı səfiri Olivye Dekottini Azərbaycanla sərhədə gəlib. Bu barədə Ermənistanla Azərbaycan sərhədindəki AB-nin müşahidə missiyası məlumat yayıb. Məlumatda deyilib ki, "Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etmək bizim üçün böyük şərəfdir". Səfirə missiyanın işi barədə məlumat verilib: “O, bizim fəaliyyətimizə canlı nəzarət etmək üçün Xaçık kəndinin patrul dəstəsinə də qoşulub”. Qeyd edək ki, Dekottini vaxtaşırı olaraq sərhədimizə baxış keçirir.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Makron Administrasiyasının aqressiv siyasəti xarici siyasətdə Fransanın imicinə böyük zərər vurdu. Deputatın sözlərinə görə, nəticə etibarı ilə Fransa Orta Afrika və Sakit okean adalarında yerli xalqın üsyanları ilə qarşılaşdı:
"Fransa bəzi ölkələrdən öz ordu birləşmələrini çıxartmağa məcbur qaldı. Eyni zamanda Fransanın Avrasiya məkanında həyata keçirdiyi xarici siyasət də bumeranq kimi Parisin özünə qayıdır. Hazırkı mərhələdə bir sıra Şərqi Avropa ölkələri, o cümlədən Rusiya-Fransa münasibətləri tarixdə olmağı qədər kəskinləşib. Fransanın Qafqaz siyasəti də bənzər xarakter daşıyır. Fransanın Azərbaycana münasibəti, ölkəmizin hüquqlarını bərpa etməsini, tarixi uğurlarını qəbul etməməsi bu dövlətin, əslində, beynəlxalq hüquqa, Avropa dəyərlərinə hörmətsizliyidir, demokratiyaya olan münasibətidir. O baxımdan Fransanın Cənubi Qafqaz siyasəti də iflasa məhkumdur. Son günlərdə fransız səfirin Makronun təşəbbüsü ilə yaradılan və Ermənistana göndərilən Avropa İttifaqının monitorinq missiyası ilə mütəmadi görüşü, bunun xüsusi hal kimi mətbuata ötürülməsi Fransanın imperialist müharibəsinin informasiya komponentidir".
Parlament üzvü vurğulayıb ki, heç şübhəsiz, bu cür davranışlar haqqa, ədalətə və beynəlxalq hüquqa zidd olduğuna görə, mütləq fiaskoya uğrayacaq: "Əslində, fransız səfirin Aİ missiyası ilə görüşü bir növ Fransanın öz-özü ilə "görüşü" kimi qiymətləndirilməlidir. Aİ-nin "patrul xidməti", "binokl diplomatiyası" siyasi şoudan başqa bir şey deyil. Məsələ ondadır ki, bu hadisələr Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə, bölgədə sabitliyin yaranmasına ziyan vurur. Sülh isə daha çox Ermənistana lazımdır. Beləliklə, Fransa əslində öz müttəfiqi Ermənistana ziyan vurmuş olur".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya