
Gərginlik pik nöqtəyə çatır: Rusiya Bakının müstəqil siyasətindən qəzəblidir
Yusif Nəzərli
04:03 04.07.2025
Siyasət
377
Azərbaycanın Qərbə və Türkiyəyə yaxınlığı Kreml üçün təhlükə siqnalıdır
"Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik keçici deyil, hadisələrin inkişafı göstərir ki, səfirlərin geri çağırılmasına, hətta siyasi əlaqələrin dondurulmasına qədər davam edə bilər".
Bunu Sherg.az-a açıqlamasında tanınmış jurnalist, siyasi şərhçi Elçin Rüstəmli deyib.
Ekspert bildirib ki, çox ciddi ziddiyətlər var:

"Rusiya Azərbaycan hökumətinin regionda yürütdüyü siyasətdən kəskin narazıdır. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqlik münasibətləri, TDT-nin siyasi bloka çevrilməsi istiqamətində fəaliyyəti, Türkiyə və İsrailin müdafiə sənayesi ilə genişlənən əməkdaşlıq, Rusiya hərbi sənaye kompleksi ilə əlaqələrin kəsilməsi, Azərbaycanın Pakistanla dərinləşən hərbi-siyasi əlaqələri, Azərbaycanın Rusiyanın qatı düşmənləri Böyük Britaniya və Avropa İttifaqı ilə genişlənən, siyasi, iqtisadi münasibətləri, sülh sazişinin imzalanması perspektivi və Rusiyanın bu prosesdən kənarlaşdırılması, Ermənistanla sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələrin İrəvanla ikitərəfli çərçivəyə salınması, Azərbaycanın Ukraynaya siyasi, mənəvi, humanitar dəstək verməsi Rusiyanın "qonşuluq" və "müttəfiqlik" anlayışına uyğun gəlmir. Məsələn, "müttəfiq" Belarus xarici siyasətdəki bütün addımlarını mütləq şəkildə Kremllə koordinasiya edir. Azərbaycandan da belə "müttəfiqlik" tələb olunur. Bakı isə Ukrayna müharibəsində Rusiyanın zəifləməsindən istifadə edərək, Türkiyənin dəstəyi ilə suverenliyini genişləndirir və artıq xarici siyasətin əsas istiqamətlərində buna nail olub".
E.Rüstəmlinin fikrincə, Qərbin Azərbaycana loyal, isti münasibətinin səbəbi də budur:
"Qarşıda qarşılıqlı olaraq daha kəskin addımlar atıla bilər. Rusiya azərbaycanlı miqrantlara qarşı kütləvi zorakılıq törədə, onların bir qismini ölkədən qova bilər. "Krokus Hall"da baş verən partlayışdan sonra Tacikistan vətəndaşlarının başına gətirilənləri xatırlamaq kifayətdir. Habelə yazmağa lüzum görmədiyim, Rusiyaya xas başqa təxribatlar da mümkündür. Şübhəsiz ki, Bakının indiki sərt reaksiyası Rusiyadan qaynaqlanan, bizim bilmədiyimiz hərəkətlərlə bağlı da ola bilər. Bu arada İsrailin və ABŞ-nin yumruğunun altından təzəcə qalxmış İranın da Azərbaycana diş qıcaması risklər yarada bilər. Hökumətin ölkənin təhlükəsizliyi ilə bağlı yuxarıda sadalanan tədbirləri effektivdir. Amma ölkə daxilində də milli həmrəyliyi gücləndirəcək bir sıra vacib addımların atılmasına ehtiyac var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:30 18.08.2026
İnfrastruktur
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:23 18.08.2026
İnfrastruktur
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm