Güney Azərbaycan ayaqdadır
Turan
09:54 18.07.2020
Siyasət
906
Sədrəddin Soltan: "İranın tanınmış media orqanlarında Ermənistanı tənqid edən yazılara rast gəlmədik"
Ermənilərin Tovuz rayonu istiqamətində həyata keçirdiyi təxribata İranda yaşayan soydaşlarımız da etiraz ediblər. Etiraz aksiyalarından biri Ermənistanın Tehrandakı səfirliyi qarşısında baş tutub. Aksiya iştirakçıları işğalçı Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə və hərbi obyektlərinə təcavüz aktını pisləyiblər. Ermənistan ordusunun işğalçı hücumları qarşılığında Azərbaycan xalqına dəstək ifadə olunub. Təbrizdəki Baş Konsulluğumuz qarşısında da Azərbaycana dəstək aksiyası keçirilib.
Bundan başqa, İranın azərbaycanlılar yaşayan vilayətlərində də aksiyalar təşkil olunub. Urmiyə, Zəncan və Ərdəbil şəhərlərində keçirilən dinc aksiyalarda Ermənistanın son təcavüzkar əməlləri qınanılıb, Azərbaycanla həmrəylik nümayiş etdirilib. İran parlamentinin iqtisadi komissiyasının sədr müavini Seyid Kazim Musəvi də erməni təxribatını lənətləyib. Deputat bildirib ki, Qarabağ islam torpağıdır və Azərbaycanın ərazi bütövlüyü daxilindədir: “Tovuzda qardaşlarımızın şəhid olması çox kədərli və ağırdır. Bu münasibətlə Azərbaycan xalqına, xüsusi ilə şəhid ailələrinə başsağlığı verirəm. Ali rəhbərin açıq bəyanına görə, Qarabağ Azərbaycanındır və belə də qalacaq. Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır”.
İrandakı dəstək aksiyalarını “Şərq”ə analiz edən politoloq Sədrəddin Soltan bildirib ki, Tehran, Təbriz və bir sıra şəhərlərdə İranın Ermənistanla əməkdaşlığına etiraz aksiyaları keçirilib. Ancaq təəssüflər olsun ki, İrəvanın Tehrandakı səfirliyinin binası qarşısındakı aksiyaya polis müdaxilə edib: “Etirazçılar ərazidən uzaqlaşdırılıb. Bu aksiyaları keçirənlər güney azərbaycanlılardır.
Hakimiyyət nümayəndələri daha çox rəsmi məlumatlara münasibət bildirməklə kifayətlənib. Ənənəvi olaraq Azərbaycanın ərazi bütövlüyü ilə bağlı fikir bildiriblər. İran KİV-ləri yalnız Azərbaycan Respublikasında hadisə ilə bağlı yayılan məlumatları dərc ediblər. İranın tanınmış media orqanlarında Ermənistanı tənqid edən yazılara rast gəlmədik”.
Siyasi şərhçiyə görə, İran bu addımı ilə özünü hadisələrdən kənar tutdu:
“Türkiyə, Pakistan, Ukrayna birmənalı şəkildə Ermənistanın təcavüzünü tənqid etdi. İsrail də Ermənistanı təcavüzkar adlandırdı. Təəssüf ki, İran hakimiyyəti və KİV-ləri haqqında bunu deyə bilmirik. Aksiyada iştirak edənlər isə əsasən öz soydaşlarımızdır. Bu, bir daha sübut edir ki, İran mediası hakimiyyətin göstərişini icra edir, onların məsələyə müstəqil yanaşmaq ixtiyarı yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə
Prezident İlham Əliyev Məhəmməd Baqer Qalibafı qəbul edib
17:48 24.06.2026
Gündəm