Gürcü ekspert: Ermənistan hakimiyyəti qırmızı xətti keçib
06:10 27.09.2020
Siyasət
631
Ermənistan tərəfi daha bir təxribata əl atmaqla bir daha sübüt etdi ki, onlar regionda sülhün olmasında maraqlı deyillər.
Bunu Trend-ə gürcüstanlı ekspert Quram Marxuliya deyib.
Qarabağda separatçı rejimə nəzarət edən Ermənistan hakimiyyəti qırmızı xətti keçib, baxmayaraq ki, atəşkəs rejimi qüvvəyə mindikdən sonra bütün bu illər ərzində Bakı səbrlə münaqişənin sülh yolu ilə həllinə çalışıb.
O qeyd edib ki, məhz buna görə ermənistanlı rəhbərlər öz diasporlarına müraciət edir, dünya ictimaiyyətini işğal olunmuş ərazilərin Ermənistan ərazisi olduğuna inandırmaq üçün Livandan ailələri köçürür.
Ekspert bildirib ki, hətta Livan və Suriyadan olan qaçqınlar da işğal olunmuş Qarabağa köçmək istəmir, çünki buranı erməni əraziləri hesab etmir:
"Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışında Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin azad edilməsi barədə dörd qətnaməsinin icra olunmadığını bir daha vurğuladı. Təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələdə aktivlik nümayiş etdirmir. Erməni ASALA terror təşkilatına gəldikdə isə, onun qanlı imici hamıya məlumdur".
Ekspertin sözlərinə görə, təcavüzkar layiqli cavabını almalıdır. Bundan sonra hərbi təxribatların qarşısı qətiyyətlə alınmasa, Yerevan rejimi "sonuncu erməniyə qədər" müharibəni davam etdirməli olacaq:
"Bəs ermənilər öz destruktiv mövqeyinin və siyasətinin nəticələrini başa düşürmü? Axı azərbaycanlı diplomatların yerini Azərbaycan ordusu alsa, qarabağlı separatçıların və onların sahiblərinin müxtəlif şoulara və "andiçmə" oyunlarına əhval-ruhiyyəsi qalmayacaq. Kim Ermənistana 100 faizli təminat verə bilər ki, əsas geosiyasi iştirakçılar Azərbaycanı erməni təxribatına cavab verərkən dayandırmağa çalışacaq. Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün bu hüquqa sahibdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat