Gürcü hakimiyyəti vaxtında tərpəndi - ŞƏRH
Yusif Nəzərli
03:49 10.12.2024
Siyasət
549
“Maydan” ssenarisi Gürcüstanda həyata keçməyəcək
Gürcüstanda siyasi gərginlik və etiraz aksiyaları davam edir. Hökumət qüvvələri ilə müxalifət arasında qarşıdurma pik həddə çatıb. Fasiləsiz davam edən kütləvi etirazlar zamanı çox sayda xəsarət alanlar və həbs olunanlar var. Tbilisinin mərkəzində etiraz aksiyalarının iştirakçıları tərəfindən zorakılıq hallarının sayı durmadan artır. Hakimiyyət strukturlarında və Gürcüstanın Avropa ölkələrindəki diplomatik korpusların rəhbərləri bir-birinin ardınca istefa verir.
Siyasi şərhçi Fərid Şahbazlının “Sherg.az”a açıqlamasına görə, Gürcüstanda “kələfin ucu” itib. Aləm bir-birinə qarışıb. O bildirib ki, hər şey bu yaxınlarda ölkədə keçirilən seçkilərdən və Gürcüstan hakimiyyətinin Avropa İttifaqı (Aİ) ilə 2028-ci ilə qədər bu ittifaqa üzvlüklə bağlı danışıqlardan imtina etmək qərarından sonra başlayıb:
“Bu qərarı qəbul etməklə hakimiyyət, əslində, qabaqlayıcı addım atıb. Belə ki, etibarlı mənbələrin yazdığına görə, dekabrın 16-da Avropa Komissiyası Gürcüstanla danışıqlardan imtina etdiyini elan etməklə, ölkədə iğtişaşlar törətməyi planlaşdırırmış. Gürcüstan hakimiyyətinin qərarı onların bütün planlarını alt-üst edib və onlar da bunu həzm edə bilmir. Odur ki, bütün vasitələrlə ölkəni qarışdırmağa, vətəndaş müharibəsi və dövlət çevrilişi təşkil etməyə, son nəticədə onların yediyində gedən birini taxta oturtmağa nail olmağa çalışırlar.
Vaxtilə Avropa bu ssenarini Azərbaycanda da həyata keçirmək istəmişdi. Lakin baş tutmamışdı. Azərbaycan xalqı və hakimiyyəti buna izn verməmişdi. Avropa İttifaqı, NATO, “xoşbəxt gələcək” və s. kimi gözqamaşdırıcı vədlərlə şirnikləndirilən Ukrayna isə çox asanlıqla onların qarmağına keçdi, hansı ki, indi parçalanma, bir dövlət kimi mövcudluğunu itirmə təhlükəsi ilə üz-üzə qalıb.
Bir dəfə – 2008-ci ildə Qərbin dağıdıcı oyunlarına alət olan Gürcüstan Abxaziyanı və Cənubi Osetiyanı itirdi. İndi isə bütövlükdə Gürcüstanın yox olmaq təhlükəsi yaranıb. Bu barədə Baş nazir İrakli Kobaxidze də xalqa son müraciətində xəbərdarlıq edib. O qeyd edib ki, ölkədə baş verən hadisələrə görə bütün məsuliyyət avropalı siyasətçilərin, bürokratların, eləcə də onların Gürcüstandakı agentlərinin – radikal müxalifət partiyaları şəklində “beşinci kolon”un üzərinə düşür. Onlar və onların havadarları sabitliyi pozmaq, xaos yaratmaq, Gürcüstanı “ukraynalaşdırmaq” üçün hansısa bir səbəb uydurmağa çalışırlar. Lakin “Maydan” ssenarisi Gürcüstanda həyata keçirilməyəcək. Çünki son üç ildə Gürcüstan cəmiyyətinin şahidi olduğu bu cür yalanlar və ikiüzlülük gürcülərin Avropa institutlarına inamını sarsıdıb”. Sonda Avropa “pərəstişkarlarına” bir tarixi həqiqəti xatırtlamaq yerinə düşər: zahirən “demokratiya beşiyi” kimi görünən bugünkü Avropa, əslində, bir xəyanət yuvasıdır. Bugünkü Avropa böyük mənada LGBT deməkdir, riyakarlıq deməkdir, irqçilik, qan-qada, müharibə, savaş, münaqişə deməkdir. Bugünkü Avropa, milli və dini dəyərlərin ayaq altına atılıb tapdandığı bir məkandır”.
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya