Gürcüstan XİN başçısı: “Ermənistan-Azərbaycan sərhədində baş verənləri aktiv müşahidə edirik”
13:43 16.07.2020
Siyasət
696
“Ermənistan-Azərbaycan sərhədində baş verənləri aktiv şəkildə müşahidə edirik”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Gürcüstanın “İctimai” kanalına müsahibəsində deyib.
O bildirib ki, münaqişə tərəflərinin iyulun 12-dən əvvəlki vəziyyətə geri qayıtmaları zəruridir: “Mənim hər iki nazirlə də telefon danışığım olub və vəziyyətlə bağlı öz səmimi mövqeyimizi, narahatlığımızı ifadə etmişəm. Onlar bizim mövqeyimizi bilirlər. Biz vəziyyətin daha da eskalasiyasında maraqlı deyilik, əksinə tərəflərin gərginliyin yarandığı tarixdən əvvəlki vəziyyətə qayıtması çox vacibdir”.
D. Zalkaliani qeyd edib ki, münaqişə ilk dəfə olaraq Dağlıq Qarabağ bölgəsindən kənarda, birbaşa Ermənistan-Azərbaycan sərhədində baş tutub: “Buna görə də daha çox ehtiyatlı olmaq lazımdır. Beynəlxalq aləmin bu prosesdə daha çox iştirakına ehtiyac var, hər şeydən əvvəl Minsk Qrupu həmsədrlərinin və beynəlxalq mexanizmlərin aktivləşdirilməsinə ehtiyac var. Gərginlik dərhal dayandırılmalı və beynəlxalq müzakirələrə, mexanizmlərə vəziyyətin de-eskalasiyası və sülh razılaşması üçün imkan yaradılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət