Düzəlişə əsasən cinayət hallarına yol vermiş şəxs 2 ilədək azadlıqdan şərti məhrum etmə, ev dustaqlığı və ya 3 ilədək həbs edilə bilər. Xatırladaq ki, bu il oktyabrın 31-də Gürcüstan parlamentinə seçkilər keçiriləcək. Nəzərdə tutulan parlament seçkiləri yeni seçki sistemi ilə keçiriləcək və müvafiq olaraq 120 deputat partiya siyahıları üzrə, 30-u isə majoritar dairələrdən seçiləcəklər. Qələbə qazanan partiya hökumət formalaşdırmaq üçün seçkidə iştirak edən seçicilərin ən azı 40 faizinin səsini toplamalıdır.
Gürcüstanda gərgin seçki gözlənilir
Turan
07:53 04.09.2020
Siyasət
744
Yenə İvanişvili və Saakaşvili xalqdan səs dilənir
Gürcüstan parlamenti seçkilərə qanunsuz müdaxiləyə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. 77 millət vəkilinin hamısı Seçki Məcəlləsinə və Cinayət Məcəlləsinə nəzərdə tutulan düzəlişin lehinə səs verib. Hakim “Gürcü Arzusu” partiyasının təşəbbüsü ilə hazırlanan qanun layihəsinə əsasən, seçicilərin məcbur edilməsi, onlara hədə-qorxu gəlinməsi, gizliliyin pozulması kimi faktlara görə cinayət məsuliyyəti nəzərdə tutulacaq.
Düzəlişə əsasən cinayət hallarına yol vermiş şəxs 2 ilədək azadlıqdan şərti məhrum etmə, ev dustaqlığı və ya 3 ilədək həbs edilə bilər. Xatırladaq ki, bu il oktyabrın 31-də Gürcüstan parlamentinə seçkilər keçiriləcək. Nəzərdə tutulan parlament seçkiləri yeni seçki sistemi ilə keçiriləcək və müvafiq olaraq 120 deputat partiya siyahıları üzrə, 30-u isə majoritar dairələrdən seçiləcəklər. Qələbə qazanan partiya hökumət formalaşdırmaq üçün seçkidə iştirak edən seçicilərin ən azı 40 faizinin səsini toplamalıdır.
Qonşu ölkədə seçki hazırlığını “Şərq”ə analiz edən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev bildirib ki, Gürcüstanda parlament seçkiləri yaxınlaşdıqca hakim partiya funksionerlərinin və təşkilatın “xaç atası” Bidzina İvanaşvilinin əsəbləri tarıma çəkilir. Politoloqun sözlərinə görə, eks-prezident Mixail Saakaşvili 2013-cü ildə özünün formalaşdırdığı demokratik seçki mühitində məğlub oldu:
“Lakin Saakaşvili xaraktercə təslimçi şəxs olmadığı üçün siyasi fəaliyyətini davam etdirəcəyini bildirdi. Bundan sonra Rusiya vassalı İvanişvili Saakaşviliyə qarşı cinayət işi açaraq onu ölkədən didərgin saldı. Sonrakı siyasi fəaliyyətini Avropa və Ukraynada davam etdirən Saakaşvili Gürcüstana qayıtmaq arzusunu heç vaxt gizlətməyib və israrla bu istiqamətdə fəaliyyətini davam etdirir.
Bu yaxınlarda sabiq prezident Gürcüstan parlamentinə keçiriləcək seçkilərə ciddi qoşulacağı və hətta baş nazir postuna yiyələnəcəyi iddiası ilə çıxış edib. Hazırda Saakaşvilini “Vahid Milli Hərakat” partiyası lider olaraq qəbul edir.
Bu partiyanın reytinqi “Gürcü Arzusu”nu xeyli qabaqlasa da, rusyönlü informasiya portalları bunun əksini deyərək Saakaşvili tərəfdarlarının cəmi 20 faiz dəstək qazana biləcəyini iddia edirlər”.
Siyasi şərhçinin fikrincə, seçkilərə qanunsuz müdaxiləyə görə dəyişikliklərin “Gürcü Arzusu” tərəfindən dəstəklənməsi “cəsarətli və riskli” addım təəssüratı bağışlasa da, qanunun kimin əleyhinə işləyəcəyi gün kimi aydındır:
“İvanişvili Saakaşvilinin yenidən Gürcüstana qayıtmasının özünü tam iflası və tərəfdarlarının həbsxanalara doldurulması ilə nəticələnəcəyini yaxşı anlayır. O baxımdan proseslərin artıq indidən hansı nəticə ilə bitəcəyi ümumilikdə məlumdur.
Amma Saakaşvili yüksək reytinqə və güclü beynəlxalq dəstəyə malik siyasətçidir. Bu seçkilərdə Saakaşvili tam qələbə qazanmasa da, Rusiyanın əl-qolunu Gürcüstandan yığışdıra biləcək.
Hazırda birləşmiş müxalifət vahid namizəd barədə ciddi danışıqlar aparır. Onlar vahid namizəd məsələsində yekdil qərara gələ bilsələr, hakim partiya parlamentdə hökumət qurmaq üçün yetərli sayda mandat qazana bilməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat