"Gürcüstanın narahatlığı əsassızdır, çünki Saakaşvili..." - ŞƏRH
Turan
15:31 12.05.2020
Siyasət
1057
“...Ukraynada hər hansı nazirlikdə, ölkənin idarəetməsində təmsil olunmur. İslahat Komissiyası icra qurumu deyil”
Ukrayna ilə münasibətlərin pisləşəcəyi təqdirdə, Gürcüstan aclıq təhlükəsi ilə üzləşə bilər. Bu barədə Gürcüstanın sabiq prezidenti, Ukraynada İslahatlar üzrə Milli Şuranın İcraiyyə Komitəsinin yeni təyin edilmiş sədri Mixail Saakaşvili deyib. O, Gürcüstanın Ukraynaya daha çox ehtiyac duyduğunu unutmamağa çağırıb.
Əlavə edib ki, Gürcüstan sakinlərinin mağazalardan aldıqları məhsulların çoxu - dənli bitkilər, qarabaşaq, ət məhsulları, kolbasa, süd Ukraynadan gətirilir: “Ukrayna ilə münasibətlərə kölgə salmaq fəlakət gətirə və sabah Gürcüstanda insanlar aclıqdan ölə bilərlər”. Saakaşvilinin sözlərinə görə, Ukrayna, həmçinin Gürcüstan məhsulları üçün vacib bir bazardır. Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Saakaşvilini mayın 7-də yeni vəzifəyə təyin edib. Bununla bağlı açıqlama verən Gürcüstan rəhbəri Salome Zurabişvili Ukraynada Saakaşviliyə vəzifə verilməsinin Kiyevlə Tiflis arasında gərginlik yaradacığını iddia edib.
Saakaşvilinin sözlərini “Sherg.az”a şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, sabiq prezidentə həvalə edilmiş vəzifə ölkənin idarəetmə və icra strukturuna aid deyil. Analitikin fikrincə, Saakaşvili Ukraynada bir növ ictimai funksiya yerinə yetirəcək:
“Saakaşvili hər hansı nazirlikdə, ölkənin idarəetməsində təmsil olunmur. İslahat Komissiyası icra qurumu deyil. Ona görə də Gürcüstan hakimiyyətinin narahatlığı və tələbləri Kiyev tərəfindən əsassız görünür. Digər tərəfdən hazırda hansısa səbəbdən Gürcüstan-Ukrayna münasibətlərinin gərginləşməsi heç bir tərəfə xeyir verməz. Hər iki ölkə, o cümlədən Moldova Avropa İttifaqının Tərəfdaşlıq Proqramının iştirakçısıdır və assosiativ üzvüdür. Ölkələr bu üzvlüyün müqabilində müəyyən imtiyazlar əldə edirlər. Eyni zamanda 3 dövlət müxtəlif vahid platformalar qurublar. Bu platformalar Avropa ölkələri tərəfindən dəstəklənir”.
Analitikə görə, əgər üç ölkə arasında ziddiyyət və qarşıdurma yaşansa, ilk növbədə dövlətlərin imicinə mənfi təsir göstərəcək:
“Həm də Avropa İttifaqının həmin dövlətlərə münasibəti dəyişəcək. Unutmayaq ki, hər üç ölkənin əsas strateji hədəfi Aİ-yə girməkdir. Bu reallığı hər iki ölkənin siyasiləri gözəl başa düşürlər. Tərəflərin müxtəlif iddiaları sadəcə ritorikatıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya