Hakan Fidan ABŞ səfiri ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ABŞ-nin Ankaradakı səfiri və Suriyə üzrə xüsusi nümayəndəsi Tom Barrak ilə görüş keçirib.

Sherg.az xəbər verir ki, məlumata görə, nazir Fidan ABŞ-nin Ankaradakı səfiri və Suriyə üzrə xüsusi nümayəndəsi Tom Barrakı paytaxt Ankarada qəbul edib. Görüş zamanı ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilib.