| “Pandemiya ilə mübarizədən qalib ayrılmaq üçün birləşmək lazımdır. Azərbaycan bu istiqamətdə hər kəsə nümunə oldu” |
Hamı türklərdən danışır: “Yeni dünya düzənində türklər aparıcı rol oynayacaq” – Zirvə görüşü...
Banuçiçək Kalbalıyeva
10:14 08.05.2020
Siyasət
725
Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda onlayn formatda keçirilən Zirvə görüşü bütün dünya dövlətlərinin marağına səbəb olub. Onlar Azərbaycanın çox ciddi təşəbbüslə çıxış etdiklərini etiraf edirlər.
Bəs bu əhəmiyyət nədən ibarət olacaq?
Sualmızı cavablandıran politoloq Natiq Miri “Sherg.az”a Zirvə görüşünün bizə bir neçə cəhətdən divident gətirəcəyini bildirib:
“Azərbaycan beynəlxalq ictimaiyyətə mesaj ötürdü. Hökumətimiz göstərdi ki, bu təhlükə ilə tək başına mübarizə aparmaq məqsədəuyğun deyil. Pandemiya ilə mübarizədən qalib ayrılmaq üçün birləşmək lazımdır. Azərbaycan tərəfi bu istiqamətdə ilk addımı atmaqla hər kəsə nümunə oldu”
N.Miri koronavirusla mübarizədə türk dövlətlərinin fəallıq nümayiş etdirdiklərinə də diqqət çəkdi:
“Qardaş Türkiyə də öz növbəsində çox xeyirxah addımlar atdı. Dünyanın 80-dən çox ölkəsinə yardımlar, o cümlədən zəruri tibbi avadanlıqlar göndərməklə örnək oldu. İndi hamı türklərdən danışır. Bu, onu deməyə əsas verir ki, yaranmaqda olan yeni dünya düzənində türklər aparıcı rol oynayacaq”.
Politoloqun sözlərinə görə, bu təşəbbüs Dağlıq Qarabağ probleminin həllində də bizə yardım olacaq:
“Zirvə görüşü sayəsində Azərbaycan 120 ölkə ilə əlaqə yaratdı. Bu, gələcəkdə torpaqlarımızın azad olunmasında bizə kömək edəcək. Ermənistanla münaqişənin sülh yolu ilə həll olunması artıq mümkün deyil. Yəni yeganə çıxış müharibədir. Həmin dövlətlər Dağlıq Qarabağ probleminin hərbi yolla həllində bizə dəstək göstərə bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət