Ölkəmizin tarixində belə hal artıq baş verib. Buna görə də bu gün Qərb Navalnının köməyi ilə Sovet İttifaqının dağılması ilə nəticələnən uğurlarını təkrarlamağı gözləyir".
Hədəflər dəyişib
20:27 10.02.2021
Siyasət
803
Qərbin və ABŞ-ın Rusiyanı tam parçalamaq planı yoxdur
Ən azından bu niyyət Çinlə hesablaşma bitənə qədər aktual ola bilməz
"Qərb Rusiyanı Sovet İttifaqı kimi parçalamağa cəhdlər göstərməyə başlayıb”. Bunu rusiyalı politoloq İqor Korotçenko deyib. Ekspert Qərbin müxalifət lideri Aleksey Navalnının həbsi ətrafında oyun oynadığını iddia edib: “Qərb artıq müxalifət lideri Aleksey Navalnıya dəstəyini gizlətmir, onun hakimiyyətə gəlməsi üçün şərait yaratmağa çalışır. Qərbin burada bir sıra məqsədləri var. İlk növbədə, Rusiyanı zəiflətmək və iplərini öz əlinə almaq üçün müdafiə qabiliyyətini, iqtisadiyyatını, elmini, texnoloji inkişafını sarsıtmağa çalışır və Navalnıdan bu məqsədlə istifadə edir.
Ölkəmizin tarixində belə hal artıq baş verib. Buna görə də bu gün Qərb Navalnının köməyi ilə Sovet İttifaqının dağılması ilə nəticələnən uğurlarını təkrarlamağı gözləyir".
Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən politoloq Xəyal Bəşirov bildirib ki, zamanında dünyanın super güclərindən biri olan Sovetlər Birliyi Qərbin və xüsusilə də, ABŞ-ın əsas hədəfi olub. Onun sözlərinə görə, həmin dövrlə yanaşı artıq şərtlər də dəyişib:
"Düzdür, ABŞ özünün qərbli müttəfiqləri ilə SSRİ-ni məğlubiyyətə uğratdı. Bu prosesdə onun yaxın qonşularından da məharətlə istifadə edildi. SSRİ-nin siyasi və hüquqi varisi olan Rusiyanın da tam parçalanması və ondan sonra yarana biləcək çoxsaylı idarəolunmaz dövlətlər təbii ki, Qərbi qane etmir. Ancaq bu prosesə mane olan əsas amil Çinlə bağlıdır. Əksinə, dünya miqyasında "parçala, hökm sür" taktikasını məharətlə həyata keçirən güclər vaxtilə SSRİ-ni dağıtmaqda yararlandıqları Çinin özünə qarşı Rusiyanı hazırda istifadə etməkdədirlər. SSRİ-yə qarşı mübarizədə Çin də iştirak etsə də, əslində onların Qərblə maraqları yalnız Sovetlər Birliyinə münasibətdə uzlaşırdı. Ancaq hazırda vəziyyət və hədəflər tam dəyişilib. ABŞ-ın və Qərbin əsas düşməni və narahatçılıq obyekti hələ XIX əsrin əvvəllərində dahi Napoleon tərəfindən “yatmış nəhəng” adlandırılan Çin dövlətidir".
X.Bəşirov vurğulayıb ki, hər gün inkişaf edən və mövcud potensialı ilə fövqəldövlət olan ABŞ-a hələ ki, yeganə alternativ ola biləcək Çindir:
"Çin Qərbi o qədər çox narahat edir ki, digər dövlətlərlə hesablaşmaq arxa plana atılır. Bu gün bir çoxları ilə zamanında müttəfiq və bəziləri ilə isə SSRİ-nin tərkibində birgə təmsil olunan ətraf dövlətlərin demək olar ki, hamısı ilə pis münasibətdə olan Rusiya Qərbi tam qane edir. Hazırkı Rusiyanın güclənməsi Qərbi narahat etdiyi qədər, onun daha da zəifləməsi və parçalanması da narahat edir. Çünki bu, çox böyük ərazilərin Çinə yem ola biləcəyi baxımından təhlükəlidir. Məhz bu səbəblərdən də, hesab etmirəm ki, hazırda Qərbin və ABŞ-ın Rusiyanı tam parçalamaq kimi bir planı var. Ən azından bu plan Çinlə hesablaşma bitənə qədər aktual ola bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm