Hələlik Navalnının planları baş tutub - ŞƏRH
Turan
07:42 27.01.2021
Siyasət
670
Müxalifətçi yaxşı bilirdi ki, Almaniyada qalmağa davam etsəydi, siyasi fəaliyyəti və nüfuzu zəifləyəcəkdi
Qərbin Rusiyadakı sabitliyi pozması üçün müxalif bloger Aleksey Navalnıya ehtiyacı var. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. Katibin sözlərinə görə, Rusiyada sabitliyi pozmaq, sosial sarsıntılar, tətillər və yeni “maydanlar” üçün Qərbə bu “xadim” lazımdır. Patruşevin qənaətincə, bunun nəyə gətirib çıxara biləcəyi, praktik olaraq müstəqilliyini itirmiş Ukraynanın timsalında aydın görünür. Təhlükəsizlik Şurasının katibi Navalnının dəfələrlə Rusiya qanunlarını kobud şəkildə pozduğunu, xüsusilə geniş miqyasda fırıldaqçılıq etdiyini söyləyib:
“Rusiya vətəndaşı olaraq, qanuna zidd hərəkətlərinə görə qanun qarşısında cavab verməlidir”. Xatırladaq ki, Navalnı Almaniyadan qayıdarkən yanvarın 17-də Moskvada hava limanında saxlanılıb. Daha sonra onun barəsində 30 günlük həbs qərarı çıxarılıb. Qərardan sonra Rusiyada etiraz aksiyaları başlayıb və yüzlərlə insan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Şimal qonşumuzdakı prosesləri “Şərq”ə şərh edən politoloq Turan Rzayev deyib ki, Navalnı şəxsi bloqu vasitəsi ilə Prezident Putin başda olmaqla böyük sərvətə sahib vəzifə sahiblərini, rəsmi şəxsləri ifşa etməklə məşğuldur. Ekspertin sözlərinə görə, bloger məhz bu cür fəaliyyəti ilə ölkədə özünə xeyli tərəfdar toplayıb və nüfuz qazanıb:
“Paytaxt və digər böyük şəhərlərdə orta və kasıb təbəqənin əksəriyyəti Navalnını dəstəkləyir. Lakin bu dəstək onu Putinin qarşısına ciddi siyasi rəqib kimi çıxarmır. Kremldə idarəetmə sistemi tamamilə fərqlidir. Rusiyada SSRİ-dən qalma köklü siyasi quruluş hökm sürür. Ona görə də önümüzdəki bir neçə il Putini hakimiyyətdə görəcəyik.
Əgər Putin nə vaxtsa getmək qərarı alsa, yerinə özü layiq bildiyi şəxsi “namizəd” göstərəcək. Navalnı kimi şəxslərin Rusiyada hakimiyyətə gəlmə ehtimalı çox aşağıdır. O, bundan öncə Moskvada mer seçkilərinə qatılmışdı və ikinci olmuşdu. Bu fakt müxalif blogerin arxasında müəyyən kütlənin olduğuna dəlalət edir. Amma dəstəyin çoxluğu Rusiyada hakimiyyətə real namizəd demək deyil”.
Siyasi şərhçiyə görə, rus rəsmilərinin Navalnının Qərbdən dəstək aldığını iddia etməsi boş yerə deyil:
“Müxalif blogerin Almaniyaya siyasi mühacir kimi müraciət etməsi və qəbul olunması Qərbin ona dəstəyi anlamına gəlir. Navalnı Putin və onun siyasi elitasının zəif nöqtəsini yaxşı bilir və həmin nüanslardan öz xeyrinə istifadə edir. Bloger Kremlin siyasi müxaliflərə qarşı xüsusi senarilər tətbiq etdiyini, sui-qəsdlər hazırladığını tez-tez gündəmə gətirir.
Həqiqətən, ortada ciddi faktlar var. Xatırladım ki, 2006-cı ildə rusiyalı keçmiş xəfiyyə Aleksandr Litvinenko Londonda Moskvadan gələn iki tanışı ilə kafedə çay içdikdən bir neçə saat sonra zəhərlənərək ölüb. Digər keçmiş digər xəfiyyə Skripal və qızı yenə Londonda “Noviçok” zəhəriylə huşlarını itiriblər.
Məşhur oliqarx və Putinin tənqidçisi Boris Berezovski Londonda malikanəsində asılı şəkildə tapılıb. Putinin Rusiyada ən sərt tənqidçlərindən biri Boris Nemtsov küçədə getdiyi yerdə qətlə yetirildi. Bir neçə ay öncə isə Aleksandr Navalnı da zəhərləndi və güclə sağaldı”.
T.Rzayev bildirib ki, Navalnı yaxşı bilirdi ki, Almaniyada qalmağa davam etsəydi, siyasi fəaliyyəti və nüfuzu zəifləyəcəkdi. Ona görə də hər şeyi gözə alıb yenidən Rusiyaya döndü:
“Qurduğu plan işə yaradı və həbs olundu. Bundan sonra Moskvada etirazlar başladı, həm də Qərbin tənqidləri gündəmə gəldi. Navalnının ABŞ-ın yeni Prezidenti Co Bayden dönəmində Rusiyaya qayıtmasını təsadüf saymayanlar da var.
Söhbət ondan getmir ki, Bayden özü şəxsən Navalnını dəstəkləyir və ya idarə edir. Məsələ ondadır ki, rus bloger özü prosesləri izləyərək Baydeni Rusiyaya qarşı çıxış etməyə, ona dəstək verməyə məcbur buraxır. Hələlik blogerin planları baş tutur.
Ola bilsin, Putin Navalnı ilə razılaşma yolunu tutacaq və qarşıdan gələn Duma seçkilərinə qatılmasına və seçilməsinə şərait yaradacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya
Azərbaycanda bu kəndlərin adları DƏYİŞDİRİLİR
18:08 06.05.2026
Ölkə