Hərəkətə keçmək lazımdır ! – Rusiyanın status həmləsi... – “İzlər” görünür!
13:10 12.01.2021
Siyasət
988
“Sülməramlılar ermənilərin status alacağını düşünür”
“Putin status məsələsinin sonrakı məsələ olduğunu deyib”
“Müəyyən vaxt keçəndən sonra Azərbaycanın qarşısına fakt qoymaq istəyirlər”
“Ona görə rəsmi Bakı indiki məqamda təcili olaraq bunun qarşısını almalıdır”
Ermənistan - Azərbaycan Dağlıq Qarabağ müharibəsi bitsə də, düşmənin təxribatları davam edir. RİA xəbər agentliyi məlumat verib ki, Azərbaycanın Xankəndi şəhərində növbəti dəfə atışma səsləri eşidilib. Dünən də analoji hadisə yaşanıb. Daha sonra məlum olub ki, şəhərin bir neçə sakini sərxoş vəziyyətdə havaya atəş açıblar və nəticədə saxlanılıblar.
Ümumiyyətlə, Azərbaycan ərazisi olan Xankəndidə və yaxud digər ərazilərdə şəhər sakinlərinin niyə indiyə qədər tərksilah edilmədiyi barədə açıqlama verilməyib.
Bəzi ekspertlər hesab edirlər ki, bu, birbaşa rus sülhməramlıların səriştəsizliyindən irəli gəlir.
Belə olan halda sual yaranır; sülhməramlılar niyə öz missiyalarını düzgün yerinə yetirmirlər?
Sualımızı cavablandıran politoloq Əhəd Məmmədli bildirib ki, məsələ belə davam edərsə, antiterror əməliyyatı həyata keçirilə bilər. Onun sözlərinə görə, Ağoğlanda olan ikinci provokasiyadan sonra Ermənistan rəsmən boyun qaçırdı ki, bu ərazilər Ermənistan Ordusunun nəzarəti altında deyil:
“ Erməni separatçıları gecə ilə mövqelərimizə hücum cəhdi etdilər. Nəticədə isə əsgərlərimiz tərəfindən 62 nəfər zərərsizləşdirilərək əsir götürüldü. Erməni anaları Paşinyandan övladlarını tələb edir.
Belə ərəfədə Paşinyan üçün ən böyük problem əsirlərin qaytarılmasıdır. Lakin Azərbaycan əsirləri geri qaytarmadı. Bildirdi ki, onlar terrorçudur və cinayət işi ilə məhkum olunacaqlar.
Əgər rus sülhməramlıları bu dəstələrin qarşısını ala bilməcəyəcəksə, bu antiterror əməliyyatının ola biləcəyindən xəbər verir. Fikrimcə,yalnız Azərbaycan və ya Rusiya-Türkiyə-Azərbaycanın birgə antiterror əməliyyatları ilə rəsmi Moskvanın çıxara bilmədiyi silahlı ünsürlər təsirsiz hala gətiriləcəklər.
Azərbaycan bunu Kremldən tələb etməlidir ki, sən bacara bilmirsənsə, mən edərəm. Dünənki görüşdə də bu məsələnin qaldırıldığını düşünürəm”.
Politoloq diqqətə çatdırıb ki, rus sülhməramlıları belə hallara göz yumur və səmərəsiz iş görürlər:
“Sosial şəbəkələrdə video yayılmışdı. Yalandan yoxlayır ki, silahın istifadəsi qanunidirmi? O da cavab verir “hə”, sonra da buraxırlar və yaxud dəhlizdən keçərək deyirlər ki, məzuniyyətdən qayıtmışıq və Qarabağda xidmət etməyə gedirik. Erməni anaları İrəvanda parlamentin qarşısında üsyan edir ki, niyə övladlarımızı Qarabağa döyüşə aparırlar?
Bu hamısı rus sülhməramlılarının gözü qarşısında baş verir. Azərbaycan XİN dünənki görüşdən əvvəl BMT-yə şikayət məktubu göndərib ki, rus sülhməramlıları bu məsələlərin öhdəsindən gəlmir. Artıq narazılıqdansa, hərəkətə keçmək lazımdır. Sülməramlılar ermənilərin status alacağını düşünür.
Putin status məsələsinin sonrakı məsələ olduğunu deyib. Müəyyən vaxt keçəndən sonra Azərbaycanın qarşısına fakt qoymaq istəyirlər.
Ona görə Rəsmi Bakı indiki məqamda təcili olaraq bunun qarşısını almalıdır. 10 Noyabr bəyanatında da, ruslar əraziyə nəzarət üçün daxil olmalı və erməni silahlılarını tərksilah etməli idilər. Təəsüflər olsun ki, ruslar ərazilərə girdi, amma ermənilər çıxarılmadı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə