Hikmət Hacıyev: "Biz o zaman vaxt verdik, amma təəssüf ki, qarşılıqlı münasibət görmədik"
15:17 23.08.2020
Siyasət
731
"Bu siyasətin mahiyyəti yeni ərazilərə və yeni müharibələrə çağıran Ermənistanın hərbi hücum doktrinasından irəli gəlir"
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda konstruktiv iştirakını təmin etdi, lakin Ermənistan dağıdıcı siyasət yürütməkdə davam edir.
Sherg.az-ın məlumatına görə, Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World"a müsahibəsində deyib.
H.Hacıyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndə Azərbaycan əvvəlcə ehtimal etdi ki, ölkənin əvvəlki rəhbərliyindən fərqli siyasət yürüdəcək.
Prezidentin köməkçisi Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşü xatırlatdı.
H.Hacıyev dedi ki, o zaman Ermənistanın baş naziri ona Ermənistanda bəzi dəyişikliklər etmək, parlament seçkilərinə hazırlaşmaq və sair işlər üçün vaxt verməsini xahiş etdi.
"Öz növbəsində, Azərbaycan danışıqlar prosesində konstruktiv iştirakını təmin etdi və tələb olunan vaxtı verdi, atəşkəsin təmin edilməsi üçün tədbirlər gördü, amma təəssüf ki, Ermənistan tərəfdən qarşılıqlı münasibət görmədik", - Hikmət Hacıyev bildirib..
Onun sözlərinə görə, Ermənistan hökuməti destruktiv siyasətini davam etdirdi.
O vurğulayıb ki, bu siyasətin mahiyyəti yeni ərazilərə və yeni müharibələrə çağıran Ermənistanın hərbi hücum doktrinasından irəli gəlir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat