Hulusi Kılıç: Gəncəyə hücuma göz yummaq müharibə cinayətlərinə şərik olmaq deməkdir
13:58 11.10.2020
Siyasət
682
Ermənistanın rəhbərliyi ölkəni cəngəllik qanunları, terrorçu metodlarla idarə edir. Azərbaycanın böyük şəhərlərini, dinc əhalisini hədəfə almaq bu dövlətin terrorçu mahiyyətidir. Bütün hallarda türkə düşmənçiliyi təbliğ edib ermənilərdən çirkin məqsədlər üçün istifadə etmək bu şəxslərin öz xalqlarına qarşı da cinayətkar olduğunu təsdiq edir.
Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində bildirib.
Oktyabrın 11-də raket zərbəsi ilə Gəncə şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən vandalizm aktını Ermənistan rəhbərliyinin növbəti müharibə cinayəti kimi dəyərləndirən səfir Hulusi Kılıç deyib: “Terrorçu Ermənistanın Xocalı soyqırımı zamanı tökdüyü türk-müsəlman qanı hələ qurumayıb. Əsrlər boyu unudulmayacaq bu bəşəri cinayət bütün dünyanın gözü qarşısında həyata keçirilib. Mahiyyət etibarilə Gəncədə mülki yaşayış evlərinin ballistik raketlə vurulması Xocalı soyqırımının növbəti qanlı səhifəsidir. Bu cinayətə göz yummaq Ermənistanın müharibə cinayətlərinə şərik olmaq deməkdir. BMT-nin aidiyyəti strukturları, ATƏT-in Minsk qrupunun həmsədrləri məsələyə dərhal ədalətli münasibət bildirməlidirlər. Əks halda, bu cinayətə görə məsuliyyət daşıyırlar. Əgər həmsədrlər öz funksiyalarını dəbdəbəli ezamiyyələr, işğalçı ilə torpağı zəbt edilən ölkəyə fərq qoymadan bir-birindən fərqlənməyən məsuliyyətsiz bəyanat verməklə bitmiş hesab edirlərsə, bu, mənəvi kasadlığın son həddidir. Dinc əhalini, onlarla yaşayış məskənini, mülki evləri raket atəşinə tutmaq müharibə cinayəti və faşizm əməlidir. Qadın, qoca və uşaqların da zərər çəkdiyi bu vandalizm aktı tərəfimizdən heç zaman unudulmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual