İbrahim Kalın: “Ərdoğan Putinə də çatdırdı, biz Azərbaycanın yanındayıq”
10:26 28.07.2020
Siyasət
674
“Təhdid haradan gəlir-gəlsin, Türkiyə sonuna qədər Azərbaycanın yanında olmaqda davam edəcək”.
“HaberGlobal”ın məlumatına görə, bu sözləri Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın deyib.
Ermənistanla Azərbaycan arasında gərginliklə bağlı suala cavab verən İ.Kalın Türkiyənin Azərbaycanı dəstəklədiyini və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə təmaslarında da bunun vurğulandığını qeyd edib.
“1992-ci ildən davam edən bir münaqişə var. Bunun təməlində isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi dayanır. Burada işğalçı olan Ermənistandır. ABŞ, Fransa və Rusiyanın daxil olduğu Minsk Qrupu adlı struktur var. Bu günə qədər həll yolu tapa bilməyib. Hər birinin siyasi hesabları var. Ermənistan-Azərbaycan sərhədində baş verənlər təhlükəlidir. Prezidentimizin yanaşması “biz Azərbaycanın yanındayıq”dan ibarətdir. Cənab Putinə də bunu açıq şəkildə çatdırdı. Orada “Azərbaycanın mülki hədəflərini vurarıq” açıqlamasını edən də Ermənistan tərəfidir. Hərbi təlim keçirən Rusiyadır. Bizim də Azərbaycanla təlimlərimiz olacaq”, - deyə, İ.Kalın bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi