İcmadan Blinkenə çağırış - Məktubumuza cavab verin
Yusif Nəzərli
17:33 16.12.2024
Siyasət
354
ABŞ-nin Bakıdakı səfirliyi Ermənistanda Azərbaycan xalqının mədəni irsinin qorunması ilə bağlı ABŞ-nin mümkün addımlarına dair Azərbaycan kütləvi informasiya vasitələrinin sualına cavab verməmiş və sadəcə bu ölkənin işğaldan azad edilmiş Azərbaycan ərazilərində hansısa layihələr təklif etdiyini xatırlatmaqla kifayətlənmişdir. Bu azmış kimi, ABŞ səfirliyi yaydığı açıqlama ilə ictimaiyyəti yanıltmağa cəhd etmişdir.
Teleqraf.com xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında öz əksini tapıb.
Bəyanatda həmçinin deyilir:
"Hesab edirik ki, səfirlik özünün cavabının tonu ilə, o cümlədən kütləvi informasiya vasitələrinin sualını “aldadıcı” kimi dəyərləndirməklə ABŞ-nin hər zaman vurğuladığı “söz azadlığı”, “fikir müxtəlifliyi” prinsiplərinə əslində necə “hörmət” bəslədiyini nümayiş etdirmişdir.
Qərbi Azərbaycan İcması olaraq, ABŞ-nin Ermənistandan zorla çıxarılmış azərbaycanlıların məsələsini, o cümlədən onların mədəni irsinin Ermənistan tərəfindən dağıdılmasını görməzdən gəlməsini təəssüf hissi ilə qeyd edirik. Qayıdış hüququmuzun dəstəklənməsi xahişi ilə hələ ötən ilin aprel ayında ABŞ dövlət katibi Antoni Blinkenə göndərdiyimiz məktuba bu günədək cavab verilməmişdir. Halbuki, ötən dövr ərzində ABŞ hökuməti “insan hüquqları” adı altında bir sıra uydurma məsələləri dəfələrlə gündəmə gətirmişdir.Hamıya məlumdur ki, ABŞ-nin hazırkı administrasiyası “insan hüquqları” və “mədəni irs” mövzularını yalnız Azərbaycana qarşı saxta ittihamlar irəli sürmək lazım gəldikdə xatırlayır."
İcma ABŞ-nin hazırkı administrasiyasının azərbaycanlılara qarşı nümayiş etdirdiyi irqi ayrı-seçkiliyi qətiyyətlə qınayıb və qərəzli siyasətinə heç olmasa səlahiyyət müddətinin bitməsinə az qalmış son verməyə, o cümlədən, dövlət katibi Antoni Blinkeni göndərdiyimiz məktuba cavab verməyə çağırıb.
"Bundan əlavə, biz regional məsələlərə dair müxtəlif birtərəfli dinləmələr təşkil edən ABŞ Senatı, Konqresin Tom Lantos adına İnsan Hüquqları Komissiyası, Dini Azadlıq Komissiyası kimi qurumlarının növbəti dinləmələrində Qərbi Azərbaycan İcmasının da iştirakının təmin ediləcəyinə dair gözləntimizi ifadə edirik.", - deyə bəyanatda bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ankarada zəlzələ olub
19:27 12.03.2026
Hadisə
Rusiya neftinə sanksiyalar ləğv edilməyəcək - ABŞ
19:19 12.03.2026
Dünya
NATO Türkiyəyə ona görə "Patriot" yerləşdirdi ki.. - Fidan
19:00 12.03.2026
Dünya
Maduro həbsxanada qışqırır: Mən prezidentəm...
18:42 12.03.2026
Dünya
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
18:27 12.03.2026
Dünya
Yaxın Şərq 30 dəqiqəyə qaranlığa qərq olar - Laricani
18:03 12.03.2026
Dünya
Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei
17:56 12.03.2026
Dünya
ÜST rəhbəri: BMT-də islahatlar aparılmalıdır
17:49 12.03.2026
Siyasət
Kris Rayt: ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv etməyəcək
17:12 12.03.2026
Gündəm
Azərbaycan qlobal dialoqun mərkəzi oldu - ŞƏRH
17:03 12.03.2026
Gündəm
Müctəba Xameneinin ilk mesajı tezliklə yayımlanacaq
16:55 12.03.2026
Gündəm
Dövlət pulsuz təhsil verir, amma kurslar ailələri soyur - Ekspert
16:22 12.03.2026
Gündəm
Teleqram hətta VPN vasitəsilə də işləməyəcək
16:09 12.03.2026
Texnologiya