ICMP baş direktoru: İtkin düşmüş şəxslərin tapılması regionda sülh və sabitlik üçün də mühüm məsələdir
Yusif Nəzərli
07:40 10.03.2025
Siyasət
329
“Azərbaycan ötən il Bakıda COP29 konfransını keçirib. Bu çox vacib tədbir idi. Ümid edirik ki növbəti dəfə də biz qlobal istiləşmənin nəticələrini birlikdə müzakirə edəcəyik. Çünki bu məsələ də itkin düşmüş şəxslərin sayının artmasına gətirib çıxarır”.
APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberger Azərbaycan Respublikasının Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimat mərasimində deyib.
K.Bomberger dövlətlərin itkin düşmüş şəxslərin tapılması ilə bağlı məsuliyyəti qəbul etməli olduğunu qeyd edərək bildirib: "Bu məsələ ilə bağlı ailələlər həqiqəti bilməlidir. Bunlar asan məsələ deyil. Azərbaycan neçə illərdir ki, bu istiqamətdə işləyir. Biz görürük ki, irəliləyişlər əldə olunmuşdur. Bu istiqamətdə itkin düşmüş şəxslərlə bağlı Dövlət Komissiyasının yaradılması çox gözəl addımdır. İCMP həmişə belə bir quruluş yaradılmasını təklif edir. Azərbaycan eskhumasiya üzərində işləyir. Bunu da çox peşəkar şəkildə həyata keçirir. Mən özüm burada arxeologiya və antropologiya bölməsində işlərin aparılmasının canlı şahidi oldum. 3700 itkin düşmüş şəxslə bağlı ailələrdən 11 min nümunə toplanmışdır. Bu yaxşı bir nisbətdir. Hər bir itkin düşmüş şəxslə bağlı 3- 4 referensin olması yaxşı haldır. Eyni zamanda ümid edirik ki, Azərbaycanda olduğumuz müddətdə itkin düşmüş şəxslərin ailələri də görüşə biləcəyik".
K.Bomberger həmçinin itkin düşmüş şəxslərin ailələrinə də aktiv rol verilməsinin vacib olduğunu vurğulayıb. O bildirib ki, DATA sistemlərinin və DNT imkanlarının genişləndirilməsi Azərbaycan üçün çox vacib məsələdir: “Eyni zamanda siyasi müstəvidə itkin düşmüş şəxslərlə bağlı Ermənistanla əməkdaşlıq çox vacibdir. Biz regiondakı ölkələrə kömək edirik ki, onlar yerli imkanlarını genişləndirsinlər. Bizim mandatımız hökumətlərin əməkdaşlığına nail olmaqdır. Bu baxımdan regional baza yaratmışıq. Bu baza gələcəkdə itkin düşmüş şəxslərin aşkarlanması ilə bağlı Azərbaycanla Ermənistan arasında model rolunu oynaya bilər. Çünki məhz əməkdaşlıq vasitəsilə bunların hamısı həllini tapacaqdır. İtkin düşmüş şəxslərin tapılması regionda sülh və sabitlik üçün də mühüm məsələdir. Əminəm ki, Azərbaycan və regiondakı insanlar buna can atırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaradağda 30 yaşlı kişi evdə aldığı xəsarətdən ölüb
10:41 29.09.2026
Hadisə
UEFA Mbappeni 3 oyunluq cəzalandırdı
10:34 29.09.2026
Futbol
Rusiya Paşinyanın yerinə Qaregini gətirmək istəyir - Şirinyan
10:05 29.09.2026
Region
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
08:48 29.09.2026
Sosial
Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...
08:27 29.09.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:22 29.09.2026
İnfrastruktur
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
07:50 29.09.2026
Maraqlı
Yuxuya gedərkən qıcolma epileptik ocağı göstərə bilər
07:17 29.09.2026
Sağlamlıq
“Alfonsları sevirəm…”
06:46 29.09.2026
Şou
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual