İdarəetmənin prinsipləri dəyişir: “Qabiliyyət və xalqa xidmət önə çəkilir”
Fidan Həmişəyeva
16:35 28.08.2020
Siyasət
769
“İndi bu dövlətin müasirləşməsi, dünyada müasir dövlətlər cərgəsinə daxil olması istiqamətində ardıcıl siyasət aparırıq”
“Həmin siyasətin cizgilərini də görməkdəyik”
Xəbər verdiyimiz kimi bir müddət öncə Prezident İlham Əliyev Biləsuvar və Saatlı rayon icra hakimiyyətləri başçılarını videoformatda qəbul edib. Dövlət başçısı nitqində bir sıra vacib məsələlərə toxunub. Həmçinin kadr islahatından da danışan Prezident bunun ən prioritet məqamlardan biri olduğunu söyləyib:
“Kadr siyasətində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq sayılan kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə sədaqətli insanlar, Vətənə sədaqətli insanlar önə çəkilməlidir.
Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan insanlar önə çəkilməlidir, vətənpərvər insanlar, milli ruhda tərbiyə alan insanlar, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir. Əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Ona görə kadr siyasəti bu prinsiplər əsasında qurulmalıdır”.
Ölkə başçısının bu fikirləri barədə “Sherg.az”a danışan AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib ki, cənab Prezidentin apardığı islahatlar idarəetmə sisteminin prinsiplərini dəyişir. Söhbət müasirliyin və dünyada qəbul olunan effektiv idarəetmə üslublarının Azərbaycana gətirilməsindən gedir. Parlamentari qeyd edib ki, yeni, xüsusilə gənc kadrların idarəetməyə gətirilməsi çox vacibdir:
“Cənab Prezident də xüsusilə iki amili qeyd edib: qabiliyyət və xalqa xidmət. Bu iki amil bir-biri ilə vəhdət təşkil etməlidir. Ola bilsin kimsə hansısa qabiliyyətə malikdir, ancaq xalqa xidmət etmək fikrində deyil. Belə kadrların idarəetməyə gətirilməsi düzgün olmaz. O qədər vətənpərvər insanlar var ki... Həmin insanların içindən real idarəetmə qabiliyyətinə malik olanları irəli çəkmək lazımdır”.
S.Seyidov vurğulayıb ki , cənab Prezidentin kadr siyasətində həm vətənpərvər, həm də idarəetmə qabiliyyəti olan kadrlar önə çəkilir:
“Bu kadrların qarşısında böyük vəzifələr durur: korrupsiyaya qarşı mübarizə, köhnə iş üslubundan əl çəkmək, vətəndaşların məmnunluq hissinin yüksək səviyyədə formalaşması və s. Ona görə də köhnə kadr sisteminin yeniliklərə müqaviməti heç də asan məsələ deyil.
Bu dəqiqə yaşadığımız pandemiya dövründə insanlar həssasdırlar, problemlər çoxdur, biznesin, ticarətin, elmin, təhsilin, mədəniyyətin, bir sözlə hər bir sahənin özünəməxsus problemləri üzə çıxır.
Ən əsası idarəetməyə yeni gələnlər böyük bir missiyanı-gələcək Azərbaycanın imicinin formalaşması üçün əllərindən gələni yerinə yetirməlidirlər. Baxın, indi gəncliyin çiyinlərinə nə çətin məsələlər düşüb. Həm yüksək səviyyədə idarəetmə, həm vətənpərvərlik, həm pandemiya dövründə problemləri həll etmə, idarəetmə sistemindəki nöqsanların aradan qaldırılması, köhnə düşüncə tərzinin ləğv edilməsi zərurətə çevrilib.
Yeni kadrlar eyni zamanda korrupsiya, yerlibazlıq, insanlara yuxarıdan aşağı baxmaq kimi köhnə davranışları aradan qaldırmaq üçün işlər görməlidir. Köhnə düşüncə tərzinə qarşı mübarizədə ciddi addımların atılması gündəmə gəlir”.
Deputatın sözlərinə görə, Azərbaycanın günü-gündən yeniləşməsini görürük:
“Cənab Prezidentin gücünün və müasir Azərbaycanın formalaşmasının şahidinə çevrilirik. Ona görə ki, gücümüzü yığdıq, dövləti formalaşdırdıq. İndi bu dövlətin müasirləşməsi, dünyada müasir dövlətlər cərgəsinə daxil olması istiqamətində ardıcıl siyasət aparırıq. Həmin siyasətin cizgilərini də görməkdəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat